DÜNYA


Türkiyə və ABŞ prezidentləri Suriyada təhlükəsizlik zonasının yaradılması məsələsini müzakirə ediblər

Bakı, 21 yanvar, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, hər iki ölkənin lideri Suriyanın şimal-şərqində təhlükəsizlik zonasının yaradılması prosesinin sürətləndirilməsi barədə razılığa gəliblər. Həmçinin İŞİD-in yerdə qalan yaraqlılarının məhv edilməsi üzrə birgə səy göstərəcəklərinə vəd veriblər.

Qeyd edək ki, bundan əvvəl Türkiyə və ABŞ lideri yanvarın 14-də də Suriyadakı vəziyyətlə bağlı müzakirələr aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.