Türkiyədə futbol üzrə ilin ən yaxşıları müəyyənləşib
Bakı, 3 may, AZƏRTAC
Türkiyədə futbol üzrə ilin ən yaxşıları müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Türkiyə Futbol Federasiyasının nümayəndələri, Superliqanın oyunçuları və azarkeşlər arasında keçirilən səsvermədə ilin ən yaxşı futbolçusu “Başakşəhər” klubunun yarımmüdafiəçisi Edin Viska seçilib.
İlin ən yaxşı hücumçusu Burak Yılmaz (“Beşiktaş”), ən yaxşı yarımmüdafiəçisi Edin Viska (“Başakşəhər”), ən yaxşı müdafiəçisi Epureanu (“Başakşəhər”), ən yaxşı qapıçısı isə Mert Günok (“Başakşəhər”) olublar. Mövsümün ən yaxşı baş məşqçisi adına Abdullah Avcı (“Başakşəhər”) layiq görülüb. Həsən Əli Kaldırımın (“Fənərbağça”) vurduğu qol isə mövsümün ən gözəl qolu seçilib. İtaliyanın “Roma” klubunda forma geyinən türkiyəli Çengiz Ündər isə ilin ən yaxşı türk təmsilçisi olub.
Qeyd edək ki, Edin Viska cari mövsümdə “Başakşəhər”in heyətində keçirdiyi 34 oyunda 13 qol vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [18:35]
Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək
- 23.09.2026 [16:18]
“Araz-Naxçıvan”a yeni baş məşqçi təyin olunub
- 23.09.2026 [16:04]
Bakı trekində Formula 1 azarkeşləri üçün pit-leyn gəzintisi təşkil olunub
- 23.09.2026 [15:45]
“Şəfa” Qəbələdə toplanış keçəcək
- 23.09.2026 [14:28]
Meksikalı pilot: Bakıdakı yarış üçün ümidliyəm
- 23.09.2026 [14:16]