DÜNYA


“WhatsApp” mesaj göndərişlərini məhdudlaşdırıb

Bakı, 21 yanvar, AZƏRTAC

“WhatsApp” messenceri mesaj göndərmə funksiyasını məhdudlaşdırıb.

AZƏRTAC “Metro” portalına istinadla xəbər verir ki, bunu kompaniyanın vitse-prezidenti Viktoriya Qrant deyib.

“Bu gündən etibarən bütün dünyada istifadəçilər məlumatı yalnız beş ünvana yönləndirə bilər”, - deyə o bildirib.

Messencer nümayəndəsinin sözlərinə görə, bu, saxta informasiyaların yayılması ilə mübarizə aparmağa imkan verəcək. Əvvəlcə bu funksiya eksperiment qismində yalnız Hindistanda istifadə olunurdu. Belə ki, son iki ildə həmin ölkədə 40-dan çox insan barəsində saxta informasiya yayıldığı üçün qətlə yetirilmişdi.

Xatırladaq ki, əvvəllər “WhatsApp” messenceri ilə mesajı 20 ünvana yönləndirmək mümkün idi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.