ELM VƏ TƏHSİL


Xaricdə təhsil almış 20 nəfərin diplomu təsdiqlənməyib

Xaricdə təhsil almış 20 nəfərin diplomu təsdiqlənməyib

Bakı, 1 dekabr, AZƏRTAC

Noyabr ayı üzrə 230 müraciətçinin 210-u barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 20 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Bu barədə AZƏRTAC-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

Təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilmədiyi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbindən 8, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbindən 5, dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbindən 3, digər səbəblər üzrə 4 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyə Respublikasından 65, Rusiya Federasiyasından 64, Ukraynadan 53, Gürcüstandan 12, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 7, digər ölkələrdən isə 29 müraciətin olduğu müşahidə edilir.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, iqtisadiyyat 28, hüquqşünaslıq üzrə 21, stomatologiya üzrə 15, tibb üzrə 12, biznesin idarə edilməsi üzrə 10 müraciətçi qeydə alınıb.

Bildirilib ki, sənədlərə orta hesabla 12 gün ərzində baxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.