Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yaddaşlarda iz qoyan ictimai xadim - Səkinə Əliyeva

Yaddaşlarda iz qoyan ictimai xadim - Səkinə Əliyeva

Naxçıvan, 15 aprel, AZƏRTAC

Ötən əsrin yetişdirdiyi böyük Azərbaycan qadınlarından biri də görkəmli dövlət xadimi, Prezident təqaüdçüsü Səkinə Əliyevadır. Səkinə xanım Əliyeva 1925-ci il aprelin 15-də Naxçıvan şəhərində dünyaya göz açıb, orta təhsilini o zaman Naxçıvan şəhərində fəaliyyət göstərən 6 saylı məktəbdə alıb, tibb bacısı hazırlıq kursunu bitirib, sonra Naxçıvan Müəllimlər İnstitutunda təhsilini davam etdirib.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparatının İctimaiyyətlə əlaqələr və informasiya təminatı üzrə baş məsləhətçisi Zərnigar Orucəliyevanın məqaləsində Səkinə Əliyevanın həyat və fəaliyyətindən ətraflı bəhs olunur. AZƏRTAC-ın Naxçıvan bürosu həmin məqaləni təqdim edir:

Əmək fəaliyyətinə pioner dəstə rəhbəri kimi başlayan Səkinə Əliyeva bir müddət Naxçıvan Şəhər Partiya Komitəsinin kitabxanasında işləyib. 1945-ci ildə Babək rayonunun Qahab kənd məktəbinə dil-ədəbiyyat müəllimi təyin olunub. Bir il müəllim işləyən Səkinə xanım təhsilini Azərbaycan Dövlət Universitetində (indiki BDU) davam etdirib. Universiteti bitirdikdən sonra bir neçə il Naxçıvan şəhərində yerləşən 2 saylı qızlar məktəbində müəllim və Naxçıvan Vilayət Partiya Komitəsində təlimatçı vəzifəsində işləyib. 1953-1958-ci illərdə Naxçıvan Vilayət Partiya Komitəsinin qadınlar arasında iş aparan şöbənin və məktəblər şöbəsinin müdiri vəzifəsində çalışıb. Sovet ideologiyasına görə vəzifədə yüksək pillələrə irəliləmək üçün vacib olan mərhələni - Ali Partiya Məktəbini 1960-cı ildə bitirən Səkinə Əliyeva Moskvadan Naxçıvana qayıdıb. Əvvəlcə Vilayət Partiya Komitəsində təlimatçı, mühazirəçilər qrupunun rəhbəri işləyib, bir müddət sonra isə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının maarif naziri vəzifəsinə təyin olunub.

Yüksək təşkilatçılığı, məsuliyyət hissi və iş qabiliyyəti ilə seçilən Səkinə Əliyeva 1961-1963-cü illərdə Vilayət Partiya Komitəsində təbliğat-təşviqat üzrə katib vəzifəsində işləyib. 1963-cü ilin aprelin 9-da Naxçıvan MSSR Ali Sovetinin sessiyası keçirilib. Səkinə Əliyeva bu sessiyada Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin sədri seçilib və 27 il bu vəzifədə, eyni zamanda, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini vəzifəsində çalışıb. Fasiləsiz olaraq 6-11-ci çağırış Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan MSSR Ali Sovetinə deputat seçilib.

Hələ 15 yaşı olarkən ata itkisi kimi acı taleyi yaşamalı olsa da, həyat yolunu düzgün müəyyənləşdirən Səkinə Əliyeva əzmlə məqsədlərinə doğru addımlayıb, iti və parlaq zəkası, kamil və bütöv xarakteri ilə yaşadığı illərin fırtınalarından üzüağ çıxıb.

Xeyirxah insan, iradəli qadın olan Səkinə Əliyevanın ən böyük məqsədi isə heç kəsdən asılı olmayaraq işləyib ailəsini - anasını, qardaşını bu çətin vəziyyətdən çıxarmaq olub. Sonradan daha da böyük xeyirxah işlər görüb, xalqına ləyaqətlə xidmət edib.

“Qadın yurdun özülüdür, qadının xoşbəxtliyi - vətənin xoşbəxtliyidir, qadının tərəqqisi - ölkənin tərəqqisidir” fikrini rəhbər tutaraq özünə qarşı tələbkar olan Səkinə xanım Vilayət Partiya Komitəsində qadınlar arasında iş aparan şöbənin müdiri kimi muxtar respublikada qadınların sağlamlığının qorunması və təhsil alması məsələlərinə xüsusi diqqət yetirib. İlk növbədə, müəllimlərdən, həkimlərdən, orta tibb işçilərindən ibarət briqada təşkil edib, kəndlərdə qadınlarla söhbət aparmaları üçün rayonlara göndərib. Səkinə Əliyevanın işlədiyi müddətdə nail olduğu mühüm məsələlərdən biri də kolxoz və sovxozlarda mövsümi uşaq bağçalarının, körpələr evinin, tarla düşərgələrinin, iri kəndlərdə doğum evlərinin və ya rayon xəstəxanaları yanında doğum şöbələrinin açılması idi. Onun da gərgin səyi nəticəsində bir ilin içərisində dağ kəndlərindən başqa, demək olar ki, bütün kəndlərdə uşaq bağçaları, körpələr evi açıldı.

Həmin dövrdə onuncu sinfi qurtaran qızların əksəriyyəti xüsusi nəzarət altında imtahansız Azərbaycan Sovet Sosialist Respublikasının müxtəlif ali məktəblərinə göndərilib, bu da başqa kəndlərdə qızların məktəblərə gəlməsinə və yuxarı siniflərdə oxumasına səbəb olub. Səkinə Əliyeva çoxuşaqlı analara verilmiş dövlət mükafatlarının onlara çatdırılması istiqamətində də fədakarlıqla çalışıb. Nəticədə qadınların sağlamlığının qorunmasına nail olunub, onlar kütləvi şəkildə təhsilə cəlb edilib, uşaq və ana ölümü halları azalıb.

Səkinə Əliyeva xalqa çox yaxın olan, onu sevən, onun maraqlarına xidmət edən dövlət xadimi olub. Qazandığı müvəffəqiyyətlərdən heç vaxt arxayınlaşmayan, həmişə axtarışda olan, nailiyyətlərini böyük zəhmətlə əldə edən Səkinə Əliyeva bir qayda olaraq, Vətənə xidmət etməyi özünə başlıca vəzifə seçib. O, həmin dövrün ideoloji təzyiqlərinə baxmayaraq, sovetlər dönəmində ölkəmizdə barmaqla sayılacaq əsl milli ruhun daşıyıcısı olan məmurlardan biri olub.

1990-cı ilin yanvarın 19-da Naxçıvan MSSR Ali Sovetinin növbədənkənar iclasında Azərbaycanın və onun tərkib hissəsi olan muxtar respublikanın suverenliyi və ərazi bütövlüyü müdafiə edilmədiyindən “Qars müqaviləsi” əsas götürülərək Naxçıvan MSSR-in SSRİ-nin tərkibindən çıxması barədə qəbul olunan tarixi qərar həmin vaxt Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin sədri olmuş Səkinə Əliyeva tərəfindən imzalanıb. Bəlkə də Səkinə Əliyeva bu qərarın hələ erkən olduğunu, qüvvədə qalmayacağını bilirdi. Amma o, azadlıq üçün çırpıntıların vaxtı-vədəsi olmadığını da yaxşı bilir və azadlığın ətrini duymağı bacarırdı. Əslində, onun bu imzasının mahiyyətində bugünkü azadlığımızın arzuları döyünürdü.

Sonralar ulu öndər Heydər Əliyev bu hadisələri belə dəyərləndirib: “1990-cı il yanvarın 19-da Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Naxçıvanın Sovetlər İttifaqının tərkibindən çıxması haqqında qərarı, mən hesab edirəm ki, tarixi bir əhəmiyyət kəsb edibdir. Doğrudur, Azərbaycanın Ali Soveti yanvarın 29-da bu qərarı ləğv edibdir. Amma bu, tarixdə qalan bir hadisədir. Naxçıvan Muxtar Respublikasının insanları və Ali Sovetdə təmsil olunan adamlar öz iradələrini ifadə ediblər”.

XX əsrin 1970-1980-ci illərində ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən dövlət qadın siyasəti Azərbaycan qadınının sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatda fəal iştirakını, dövlət orqanlarında geniş təmsil olunmasını təmin edib. Azərbaycan qadınına xas olan bütün cəhətləri özündə birləşdirən Səkinə Əliyevanın da 27 il Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri kimi yüksək vəzifədə fəaliyyət göstərməsi Ulu Öndərin Azərbaycan qadınına göstərdiyi qayğının, dövlət qadın siyasətinin əyani ifadəsidir. Təsadüfü deyil ki, Səkinə Əliyeva sonralar xatirələrində Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində uzun müddət işləməsini Ulu Öndərimizin Azərbaycan qadınına göstərdiyi qayğının əyani ifadəsi olduğunu bildirib. Həmin dövrdə muxtar respublikada qadınların ictimai-siyasi həyatda fəallığı artıb. Maarif, səhiyyə, mədəniyyət müəssisələrində qadınların rəhbər vəzifələrə irəli çəkilməsinə ciddi fikir verilib. Qadınlar SSRİ-nin, Azərbaycan SSR-nin və Naxçıvan MSSR-in Ali sovetlərinə deputat seçilib. Yerli sovetlərdə qadın deputatların sayı da xeyli artıb. O cümlədən muxtar respublikada Ali Məhkəmənin sədrinin, Həmkarlar İttifaqı katibinin, Naxçıvan Şəhər Partiya Komitəsinin I katibinin, rayon partiya komitəsinin üçüncü katiblərinin, ictimai təminat nazirinin, səhiyyə, maarif nazirlərinin müavinlərinin və digər vəzifələrdə qadınların təmsil olunması təsadüfü deyildi.

Tanınmış ictimai-siyasi xadim təqaüddə olarkən də Ulu Öndərin diqqət və qayğısından kənarda qalmayıb, Prezident təqaüdünə layiq görülüb. Onun 50 ildən artıq əmək fəaliyyəti yüksək dəyərləndirilib, “Oktyabr inqilabı”, “Qırmızı əmək bayrağı” ordenləri, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilib.

Səkinə Əliyevanın sağlam vətəndaş mövqeyi, keçdiyi həyat yolu, ictimai fəaliyyəti qadınlara nümunədir. Yaddaşlara xeyirxah və sadə insan kimi həkk olunan Səkinə xanım əbədiyyətə qovuşsa da, illər keçsə də nəsillərin yaddaşından silinməyəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yusif Abdullayev: Azərbaycan-Kamboca biznes forumu iqtisadi əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək

Alparslan Bayraktar: Enerji təhlükəsizliyi Türkiyənin gündəmində prioritetdir

Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir ŞƏRH

Zaur İbrahimli: Hazırda baş verənlər qanunvericilik çərçivəsində dəyərləndirilməlidir

Bakı Mühəndislik Universiteti və “Xsolla Baku” IT sahəsində əməkdaşlıq edəcək

Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 3 medal qazanıblar

Artritin diaqnostikası və müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir

“Mənim atam qəhrəmandır” – BDU-da şəhid övladları ilə görüş

Bakıda Azərbaycan-Kamboca biznes-forumu keçirilir

Aİ Rusiyada 1600-dək fiziki və hüquqi şəxsə əlavə sanksiyalar tətbiq edib

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı üzrə 55 ölkədən 100 nəfər seçilib

Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir

Şəmsəddin Sivasinin “Gülşənabad” əsərinə həsr olunan yeni tədqiqat kitabı işıq üzü görüb

2026–2027-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi (Quba Xəzəryanı) üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti və “SOCAR Quba-Xəzəryanı” MMC arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycanlı alpinist Vəfa Musayeva haqqında film mükafata layiq görülüb

“Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti və Ukraynanın Nazirlər Kabineti arasında “Hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında Saziş”ə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Ukraynanın Nazirlər Kabineti arasında Protokol”un təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan, Özbəkistan və Qazaxıstanın yaşıl inteqrasiyası Avropanın enerji xəritəsini dəyişir - ŞƏRH

Azərbaycan voleybol millisi Türkiyə toplanışını başa vurub

Nihal Hacıyeva: Vahid məktəbli geyimi şagirdlərdə bərabərlik və məsuliyyət hissini gücləndirir

Babək rayonunda üçəm dünyaya gəlib

Özbəkistan Prezidenti: Yeni Daşkənddə investorlara əlverişli şərait yaradılacaq

Arda Turana Türkiyə millisinin baş məşqçisi vəzifəsi təklif edilib

Xalq yazıçısı Kamal Abdullanın “Azərbaycanca danışaq” kitabı Polşada nəşr olunub

Süni intellektin təhlükəsiz və məsuliyyətli idarə olunması üçün 9 əsas istiqamət - ARAŞDIRMA

Maarifçilik ənənələrindən müasir təhsilə: milli kimlik və vahid məktəb mühiti

İsveç Dövlət Bankının Alfred Nobel xatirəsinə iqtisad elmləri üzrə mükafatı laureatlarının adları məlum olub

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB VİDEO

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Evdə hazırlanan konserv daha təhlükəsizdir? – AQTİ aydınlıq gətirir VİDEO

Evdə hazırlanan konserv daha təhlükəsizdir? – AQTİ aydınlıq gətirir VİDEO

Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub

“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər

Şərqşünas-alimlər Orta Dəhlizin enerji və tranzit imkanlarını araşdırıblar

Borçalı motivləri: Tarix, naxış və təbiətin harmoniyası - REPORTAJ

Mirzə Cəfər Topçubaşovun elmi irsi: beynəlxalq akademik mühitdə milli ənənələr

“Dünyanın ən yaxşı yeri”ni sevərək yaşayan sakin: Fəxrlə deyirəm ki, biz öz torpağımızdayıq

Bu il Naxçıvanda istehlakçılara 1,6 milyon manata yaxın ƏDV məbləği qaytarılıb

İlqar Fəhmi: Sosial şəbəkələrdə yaranan müzakirələr bəzən əsassız hay-küyə çevrilir

Azərbaycanın MDB-yə sədrliyi regional əməkdaşlığın inkişafına yeni impuls verəcək - ŞƏRH

“Kitabi-Dədə Qorqud” eposunda alqış və qarğışların poetik funksiyaları araşdırılıb

Kambocanın Baş naziri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

İlahə Həmidova: Vahid məktəbli geyimi sağlam təhsil mühitinin qorunmasına müsbət təsir göstərəcək

Avropa Kuboku: “Neftçi”nin Latviya klubu ilə matçının yeri dəyişdirilib

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı: 309 namizəd qeydiyyatdan keçib

Bakıda gümüş medal qazanan fransalı cüdoçu: Dünya çempionatı möhtəşəm idi

Aİ kimyəvi silahların yayılmasına və istifadəsinə qarşı sanksiyalar rejimini 2031-ci ilədək uzadıb

Samirə Əliyeva: Vahid məktəbli formasının tətbiqi nizam-intizamın qorunması baxımından əhəmiyyətlidir

Əqli mülkiyyət sahəsində əməkdaşlıqda iştirak edən dövlətlər üçün hansı üstünlüklər mövcuddur? VİDEO

Əqli mülkiyyət sahəsində əməkdaşlıqda iştirak edən dövlətlər üçün hansı üstünlüklər mövcuddur? VİDEO

Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib

AGTL-in sədri: Azərbaycanla Türkiyənin əməkdaşlığı qadınlar üçün yeni iqtisadi imkanlar yaradacaq

Prezident İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20 faizdən çox artıb

Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısı keçirilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi axşamı

Avropada qazın qiyməti həftəyə artımla başlayıb

Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər

TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumlarının rəhbərlərinin İkinci Görüşünün Birgə Bəyannaməsi imzalanıb VİDEO

TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumlarının rəhbərlərinin İkinci Görüşünün Birgə Bəyannaməsi imzalanıb VİDEO

Azərbaycan Ağsaqqallar Şurası ictimai sabitliyi pozmağa yönələn cəhdləri qətiyyətlə pisləyib

TDT Baş katibinin müavini: Azərbaycan elm və innovasiya sahəsində xüsusi əhəmiyyətə malikdir VİDEO

TDT Baş katibinin müavini: Azərbaycan elm və innovasiya sahəsində xüsusi əhəmiyyətə malikdir VİDEO

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı test imtahanında müvəffəqiyyət qazanmış namizədlərin nəzərinə

DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub

Böyük Britaniyanın Baş naziri Aİ ilə münasibətlərin gücləndirilməsini istəyir

Mərkəzləşdirilmiş Azərbaycan Səfəvilər dövlətinin tariximizdəki rolu – dəyirmi masa

Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb

Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar

Türkmənbaşı görüşü: Azərbaycan-Mərkəzi Asiya strateji tərəfdaşlığının yeni mərhələsi

Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

Mars Sariyev: Azərbaycanın tranzit imkanlarının güclənməsi Qırğızıstanın formalaşan Avrasiya nəqliyyat arxitekturasına inteqrasiyasını stimullaşdırır ŞƏRH

Araşdırma: Müdrikliyin əsrlər boyu dəyişməyən 6 əsas prinsipi

Rəşad Məcid: Məktəblərdə vahid geyim formasına qarşı çıxmaq dünyəvi təhsil prinsipləri ətrafında ciddi suallar yaradır

Premyer Liqanın VII turunda üç əlamətdar statistik göstərici qeydə alınıb

Ceyhun Məmmədov: Dini məsələlərin manipulyasiya alətinə çevrilməsi yolverilməzdir

Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər VİDEO

İran XİN: Pakistan və Qətərin vasitəçiliyi ilə danışıqlar davam edir və biz ABŞ-nin təkliflərini nəzərdən keçiririk

“Rəqəmsal Üfüqlər” Milli Rəqəmsal Savadlılıq Təlim Proqramı başlayır

Dünya bazarında yanacağın qiymətinin artması adekvat olmayan qərarların qəbul edilməsinə gətirib çıxarıb

Azərbaycanın kulinariya irsi Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub

YAP-ın VIII Qurultayı: yeni hədəflər və strateji istiqamətlər Gəncədə diqqət mərkəzindədir

Qadın hərbi kursantlarla görüş olub

İran Yəmən və Səudiyyə Ərəbistanı arasında danışıqlar üçün vasitəçilik təklif edib

Süni intellekt dövründə əqli mülkiyyət sistemləri qarşısında yeni imkanlarla yanaşı, çağırışlar da meydana çıxır VİDEO

Süni intellekt dövründə əqli mülkiyyət sistemləri qarşısında yeni imkanlarla yanaşı, çağırışlar da meydana çıxır VİDEO

Bask ölkəsinin tanınmış şəxsləri “Canon français” ziyafətinə qarşıdır

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub YENİLƏNİB VİDEO

Azərbaycanda dünyəvi təhsil: tarixi köklər və müasir prinsiplər

Britaniyanın Baş naziri: Avropa İttifaqından ayrılmağımız “ümidləri doğrultmadı”

Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb

Beynəlxalq Enerji Agentliyi ölkələri dizel ehtiyatlarını daha tez istifadə etməyə çağırıb

Sabah hava əsasən yağmursuz olacaq VİDEO

Sabah hava əsasən yağmursuz olacaq VİDEO

Agentlik rəhbəri: İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir VİDEO

Agentlik rəhbəri: İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir VİDEO

Vahid məktəbli geyimi: sosial bərabərlik və nizam-intizam

Kambocanın Baş naziri: Azərbaycanla müdafiə, təhlükəsizlik, təhsil sahələrində münasibətlər mövcuddur

Gülyanaq Məmmədova: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Azərbaycanın sərbəst güləş millisi dünya çempionatına Qubada hazırlaşır

Misir Mərdanov: Məktəbdə vahid geyim qaydaları şagirdlərdə məsuliyyət hissi formalaşdırır

“Goldman Sachs” “Brent”in qiymətinə dair proqnozunu artırıb

Tahir Süleymanov: Uşaq futbolunda real nəticələr görmək istəyirik

Mənsum İbrahimov: Məktəblərdə vahid geyim formasının tətbiqi vacibdir