''28 MAY'' NQÇİ –NİN UĞURLARI
Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, ''28 May'' Neft və Qaz Çıxarma İdarəsinin kollektivi ''Günəşli'' yatağının 13 platformasında sutkada orta hesabla 15 min 459 ton neft, 6,6 milyon kubmetr qaz hasil etmişdir. İlin əvvəlindən 1 milyon 855 min ton neft çıxarılmışdır. Artıq neçə ildir ki, hasilat sabit səviyyədə saxlanmaqdadır. Ötən dörd ay ərzində proqnozda nəzərdə tutulandan 40 milyon kubmetr зox, yəni 802 milyon kubmetr qaz hasil etmişdir. Ötən illə müqayisədə 103,1 faiz artım qeydə alınmışdır. Yaxın illərdə ''Günəşli'' yatağında qaz hasilatının həcmini 1,5 dəfə artıraraq ildə 3,5 milyard kubmetrə çatdırmaq nəzərdə tutulmuşdur.
Bu il 6 yeni quyunun qazılıb istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Onlardan ikisi artıq sifarişçiyə təhvil verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [13:40]
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20 faizdən çox artıb
- 12.10.2026 [13:20]
Avropada qazın qiyməti həftəyə artımla başlayıb
- 12.10.2026 [12:45]
“Rəqəmsal Üfüqlər” Milli Rəqəmsal Savadlılıq Təlim Proqramı başlayır
- 12.10.2026 [12:23]
Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb
- 12.10.2026 [12:09]