® ADA Universitetinin 12 tələbəsi “Azercell”də təcrübə keçəcək
İnsan kapitalının dayanıqlı inkişafına dəstək verən “Azercell” ADA Universitetinin keçirdiyi “İşəgötürülmə qabiliyyəti həftəsi 2025” (“Employability Week 2025”) çərçivəsində tələbələr üçün silsilə seminarlar və interaktiv sessiyalar təşkil edib.
Bilik və bacarıqların qiymətləndirilməsi mərhələlərindən uğurla keçmiş ADA Universitetinin 12 tələbəsi “Azercell”in Yay Təcrübə Proqramında iştirak hüququ qazanıb. Seçilmiş tələbələr 3 ay müddətində şirkətin müxtəlif departamentlərində real iş mühitində təcrübə keçəcək peşəkar bacarıqlarını inkişaf etdirmək və əmək bazarına daha hazırlıqlı daxil olmaq imkanı əldə edəcəklər.
“Azercell”in təcrübə proqramı gənclərin potensialını üzə çıxarmaq, gələcəyin ixtisaslı mütəxəssislərinin yetişdirilməsinə dəstək olmaq məqsədi daşıyır.
“Employability Week 2025” təşəbbüsünün bağlanış mərasimi haqqında video reportajla tanış olmaq üçün: https://youtu.be/hPDDhVPn_-8
“Azercell Telekom” MMC-nin fəaliyyəti haqqında daha ətraflı məlumat əldə etmək üçün: https://www.azercell.com/az/