® Azərbaycanlı azarkeşlərə Fernando Morientes ilə “FIFA21”də oynamaq şansı yaradılıb
Bakı, 29 iyun, Nicat Məmmədov, AZƏRTAC
Azərbaycanlı azarkeşlərə tanınmış sabiq futbolçu Fernando Morientes ilə “FIFA21”də oynamaq şansı yaradılıb.
AZƏRTAC xəbər verir ki, bu, “Rexona” və “Gaming League Azerbaijan”ın təşkilatçılığı ilə keçirilən maraqlı kampaniyanın böyük finalında baş tutub.
Əsas mükafatı Fernando Morientes ilə görüşmək və “FIFA-2021” oynamaq olan reklam kampaniyasında iştirak etmək üçün iki “Rexona” məhsulu almaq və qeydiyyatdan keçmək tələb edilirdi. Beləliklə, dörd həftə ərzində mindən çox insan kampaniyada iştirak edib. Orxan Məmmədov və Mirqiyas Ağayev kampaniyanın finalına vəsiqə qazanıb və Fernando Morientes ilə birlikdə “FIFA-2021” oynamaq şansı əldə ediblər. Ulduz futbolçu tədbirə onlayn qoşulub, qaliblərlə söhbət edib, finalçılarla oyun oynayıb. Bununla da o, təkcə oyunçulara deyil, yutub vasitəsilə canlı yayımdan yarışı izləyən yüzlərlə izləyiciyə həyəcanlı və yaddaqalan anlar yaşadıb. Oyunların yekunlarına gəldikdə, Orxan Məmmədov Fernando Morientes ilə yarışda qalib gəlsə də, Mirqiyas Ağayev uduzub. Lakin ən əsası, nəticədə dostluq qalib gəlib.
Yarışı şərh edən Gündüz Abbaszadə bildirib ki, bununla da iştirakçılara və tamaşaçılara real futbol çempionatı təəssüratı yaradıldı və onlara özlərini oyunun bir parçası kimi hiss etmələri üçün yarış həyəcanı və emosiyaları yaşadıldı.
Məşhur futbol ulduzunu məğlub etmək üçün bütün cəhdlərini səfərbər edən, həyəcanlı və qızğın oyun barəsində fikirlərini bölüşən finalçılar onlara belə bir şans verildiyi üçün hədsiz xoşbəxt olduqlarını bildirərək təşkilatçılara təşəkkür ediblər. Final oyununda Azərbaycanın məşhur futbolçusu, “Zirə” futbol klubunun müdafiəçisi Ruslan Abışov finalçılarla peşə təcrübəsini bölüşüb və onlara əsas mükafatları - kuboku, “Rexona” hədiyyə qutularını və yeni nəsil oyun konsolu “Sony PlayStation 5” təqdim edib.
İnstaqram sosial şəbəkəsində “Rexona Azərbaycan”ın səhifəsini (@rexonaazerbaijan) izləmək və şirkətin həyata keçirdiyi bütün kampaniyalardan xəbərdar olmaq mümkündür.