® “Azpetrol” şirkəti müharibədə iştirak edən əməkdaşları ilə görüş keçirib
“Azpetrol” şirkətinin rəhbər heyəti 44 günlük Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüş keçirib.
Görüşdə “Azpetrol” şirkətinin Baş direktoru Ceyhun Məmmədov, torpaqlarımızın azadlığı uğrunda iştirak edən 200-dən çox əməkdaşın bir qismi və şirkətin digər üzvləri iştirak ediblər.
C.Məmmədov çıxış edərək müharibə iştirakçılarını salamlayıb, onlara göstərdiyi igidlik və şücaətə görə minnətdarlığını bildirib. O, Vətən uğrunda qəhrəmancasına şəhid olan əməkdaşlara rəhmət diləyib. Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Görüşdə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi möhtəşəm Qələbənin müstəqillik tariximizdə mühüm əhəmiyyətə malik olduğu qeyd edilib. Həmçinin bu böyük Qələbənin əldə olunmasında bütün Azərbaycan xalqı kimi “Azpetrol” şirkətinin işçilərinin də öz payı olduğu vurğulanıb.
Tədbirdə müharibə iştirakçılarına şirkət tərəfindən təşəkkürnamə və pul mükafatı təqdim edilib.
“Azpetrol”un şəhid olmuş əməkdaşlarının ailələrinə də şirkət tərəfindən uzunmüddətli 300 AZN-lik müavinət verilməsinə başlanılıb.
Qarabağ Azərbaycandır!
“Azpetrol” - Daim inkişafa doğru!