Azərbaycan Dövlət İnformasiya Agentliyi

® “Birbank Biznes”lə vaxt sənə işləsin

®  “Birbank Biznes”lə vaxt sənə işləsin

Vaxt müasir dövrün ən böyük resursudur, xüsusən də sahibkarlar üçün. Bunu nəzərə alan “Kapital Bank” mikro, kiçik və orta sahibkarlar, eləcə də, korporativ müştərilər üçün “Birbank Biznes”i istifadəyə verib. Bu, ölkəmizdə sahibkarlara yönələn, onların biznes fəaliyyətinə dəstək olan, sənədləşdirmə proseslərini asanlaşdıran addımlardan biridir. “Birbank Biznes”in keçdiyi inkişaf yolu, sahibkarların həyatında etdiyi dəyişikliklər haqqında “Kapital Bank”ın KOS və korporativ məhsullar sahəsinin lideri Xanım Rüstəmova ilə danışdıq.

- Xanım xanım, “Birbank Biznes”in yaranmasını hansı məqamlar zəruri etdi və o müştərilərinin həyatını necə dəyişdi?

- Bizim fəaliyyətimizin mərkəzində müştəri məmnuniyyəti dayanır. Biz mütəmadi olaraq müştəri davranışlarını analiz edir və onların ehtiyaclarına uyğun məhsullar təqdim etməyə çalışırıq. “Birbank Biznes”in məqsədi müştərilərin ehtiyaclarına uyğunlaşdırılmış rahat, səmərəli, sürətli və təhlükəsiz bank xidmətləri təklif etməkdir. Bu kontekstdə biz rəqəmsal texnologiyalardan istifadə etməklə maliyyə əməliyyatlarını optimallaşdırır, onların maliyyə idarəetməsinə dəstək olacaq alətlər təklif edirik. “Birbank Biznes”də bütün onlayn kanallar vasitəsilə müştərilərimiz istənilən vaxt və istənilən yerdə bank xidmətlərinə çıxış əldə edə bilirlər. Məsələn, hesabların idarə edilməsi, köçürmələr, ödənişlər və kredit müraciətləri kimi bank əməliyyatlarını sadələşdirərək biz bu sahədə olan müştərilərimizə vaxt və resurslara qənaət etmək imkanı veririk. Bütün bunlar da öz növbəsində maliyyə proseslərini daha effektiv idarə etmək imkanı yaradır. Bu strategiya ilə “Kapital Bank” KOS və korporativ şirkətlər üçün etibarlı və təhlükəsiz maliyyə tərəfdaşına çevrilir və onların uğurlarına dəstək olur.

- KOS müştərilər bankın müştəri portfelinin neçə faizini əhatə edir?

- “Kapital Bank”ın müştəri portfelinin önəmli hissəsini pərakəndə və korporativ müştərilər təşkil edir. Qürurla deyə bilərəm ki, Azərbaycanın ən böyük pərakəndə bankı olaraq 5 milyondan çox müştərimiz var. Bu onu göstərir ki, biz ölkənin ən böyük müştəri bazasına malik bankıyıq. Korporativ bank olaraq 211 min müştəri bazamızın 95 faizi mikro və kiçik biznes müştəriləridir. Bu onu göstərir ki, bankımız təkcə böyük korporativ müştərilərə deyil, sahibkarlara da xidmət edir və iqtisadi inkişafa öz töhfəsini verir.

- “Birbank Biznes” KOS müştərilərinə hansı üstünlükləri qazandırıb?

- “Birbank Biznes” KOS müştərilərinin maliyyə əməliyyatlarını asanlaşdırmaq üçün bank xidmətlərini bir sıra üsullarla optimallaşdırır. Əgər sadalasam mütləq rahatlıqdan başlamalıyam. Onlayn bankçılıq KOS-lara istənilən vaxt və hər yerdə öz hesablarına daxil olmaq və müxtəlif maliyyə əməliyyatlarını həyata keçirmək imkanı verir. Bu rahatlıq biznes sahiblərinə ənənəvi bankçılıqdan fərqli olaraq iş saatlarından kənarda belə maliyyə əməliyyatlarını daha rahat idarə etməyə imkan verir. Növbəti məqam əlbəttə ki, effektivlik olmalıdır. Sadələşdirilmiş onlayn bank xidmətləri hesab qalıqlarının yoxlanılması, hesablar arasında pul köçürmələri, bir çox ödənişlərin gerçəkləşdirilməsi və əməkhaqqı kimi iş proseslərini asanlaşdırır. Bu işləri yerinə yetirmək üçün tələb olunan vaxt və səyləri azaltmaqla KOS-lar öz bizneslərini idarə etməyə daha çox diqqət yetirə bilir və inzibati yüklərə daha az vaxt ayırırlar. Burada xərclərə qənaəti də mütləq vurğulamaq lazımdır. Onlayn bankçılıq ənənəvi bankçılıq üsullarından fərqli olaraq daha aşağı ödənişlər və əməliyyat xərcləri tələb edir. Bu isə KOS-lara bank əməliyyatlarına qənaət etməyə və qənaət olunan vəsaiti bizneslərinin digər ehtiyaclarına yönəltmək imkanı verir. Proseslərin onlayn olması, eyni zamanda, yaşıl bankçılıq yolunda sahibkarları da bizə dəstək olmağa təşviq edir. Və təbii ki, ən vacib məqamlardan biri vaxta qənaətdir. Xüsusi vurğuya dəyər üstünlüklərdən biri də maliyyənin idarə edilməsində əldə olunan çeviklikdir. Bu xidmət vasitəsilə biznes sahibləri tək mərkəzi sistemlə kredit üçün müraciət edə, avtomatik ödənişlərini gerçəkləşdirə və ya birdən çox hesabı idarə etmək kimi bir çox bank xidmətlərinə çıxış imkanı əldə edirlər. Bununla da KOS-lar bank təcrübələrini xüsusi ehtiyaclarına uyğun fərdiləşdirə bilirlər.

- Hansı məhsullarınızı müştəriləriniz üçün əvəzolunmaz hesab edirsiniz?

- Düşünürəm ki, bütün fəaliyyətimizin ən vacib üstünlüyü əməliyyatların başdan-başa onlayn olmasıdır. İstər biznes sahibi olan, istərsə də gündəlik ehtiyaclarına uyğun olaraq məhsullarımızdan istifadə edən müştərilərimiz rəqəmsal bankçılığın təklif etdiyi unikal və sərfəli xidmətlərdən yararlanırlar. Məsələn, təklif etdiyimiz “Maestro” tarifi ilə müştərilərimiz öz fərdi ehtiyaclarına uyğun paket yarada bilərlər. Qısası gündəlik bankçılıq daxili ödənişlər, vergi ödənişləri, hesablararası köçürmələr, təcili köçürmələr, beynəlxalq ödənişlər, valyuta mübadiləsi və s. kimi bütün əməliyyatları özündə cəmləyir. Kredit məhsullarına gəldikdə isə “Birbank Biznes”də bir çox imkanlar mövcuddur. Rəqəmsal kredit, lizinq və fond kreditləri, təcili kredit kimi xidmətlərimizi bunlara nümunə gətirmək olar. Bu məqamda müştərilərimiz ehtiyaclarına uyğun kredit məhsullarını nəzərdən keçirərək filiallarımızı ziyarət etmədən müraciət edə bilərlər. Müştərilərimiz mobil POS və ya POS terminal sifariş etmək imkanına da sahibdirlər. Xidmət keyfiyyətini artırmaq və daha əlçatan etmək üçün çağrı mərkəzləri də ayrılıb. Belə ki, sahibkarlar 896-ya zəng etməklə daha rahat xidmət ala bilirlər. Hazırda mikro və KOS müştərilərimizin 99 faizi bütün əməliyyatlarını “Birbank Biznes” mobil tətbiqi və ya veb-versiya üzərindən onlayn icra edirlər.

- Yaxın gələcəkdə sahibkarları hansı yeniliklər gözləyir?

- Yaxın gələcəkdə KOS-lar gündəlik bank xidmətlərini dəstəkləyən daha sürətli və zəngin xüsusiyyətlərə malik imkanlardan faydalana biləcəklər. Bununla belə biznes sahiblərinin maliyyə idarəetmə imkanlarını artıracaq bir çox yeniliklər var ki, açıq API texnologiyalarının daha da təkmilləşdirilməsi buna misal ola bilər. “Kapital Bank”ın açıq API portalı bu sahədə ən qabaqcıl beynəlxalq təcrübədən istifadə olunaraq yaradılıb və bizneslərə tamamilə ödənişsiz təklif olunur. Biznes sahibləri bankın API məhsullarını öz sistemlərinə inteqrasiya etməklə vaxta qənaət edərək bir çox əməliyyatları bir mənbədən gerçəkləşdirə bilərlər. Qeyd edim ki, API fərqli sistemlər arasında qarşılıqlı əlaqəni asanlaşdıran bir texnoloji həlldir. Müştərilərimiz “Birbank Biznes” əməliyyatlarını öz sistemində rahatlıqla idarə edə bilərlər. Açıq bankçılıq ekosistemlərimiz haqqında onu deyə bilərəm ki, bu həlləri tətbiq etməklə tərəfdaşlarımız və üçüncü tərəflərlə, xüsusilə fintek şirkətləri ilə sürətli və effektiv əlaqə quraraq müştərilərə daha yaxşı xidmət göstərməyə çalışırıq. Bu, müştəri davranış qaydalarını izləyib təhlil etməklə müştəri xidmətlərini daha da inkişaf etdirməkdə bizə kömək olur.

- Təşəkkür edirəm, Xanım xanım.

- Mən də təşəkkür edirəm. Ümid edirəm ki, fəaliyyətimizlə müştərilərimizin həyatını daha asanlaşdırıb sloqanımızı hər zaman doğruldacağıq. Bunun üçün əlimizdən gələni edirik. “Birbank Biznes”də vaxt məhz sizə işləyir, bundan əmin ola bilərsiniz.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş qala gecəsi keçirilir

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətən müharibəsi qazisi: Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026 və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şossesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altı aylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb

Asimmetrik sintez: həyatın mənşəyi və dərman istehsalı baxımından yeni imkanlar

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası baş tutub

Macarıstan Aİ-nin karbon qiymətləri sisteminin tətbiqinin təxirə salınmasını tələb edir

ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq

TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib

Müstəqilliyin bərpası Azərbaycan xalqının milli iradəsinin təcəssümüdür - universitetdə tədbir

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir

Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub

Ermənistanın keçmiş rəhbərliyi Azərbaycan xalqına qarşı cinayətlərə görə məsuliyyət daşıyır RƏY

BVF ilə Dünya Bankının İllik Toplantılarında Azərbaycanın iqtisadi prioritetləri və beynəlxalq maliyyə əməkdaşlığı dəyərləndirilib

Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir

Qarabağ Universiteti “Rebuild Karabakh” sərgisində təmsil olunur

Diaspor nümayəndəsi: Tarixi əlaqələr Azərbaycanla Kamboca arasında əməkdaşlığın inkişafına töhfə verə bilər

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub

Londonda Azərbaycanın maarifçilik tarixi və fəlsəfi irsi təqdim edilib

Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub

Türk ekspert: Azərbaycan Avrasiya məkanında enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır

Nizami rayonunda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr müzakirə olunub

Gənclərin zərərli ideoloji təsirlərdən qorunması əsas vəzifələrdəndir

Şərqşünaslıq İnstitutunda Azərbaycan dövlətçiliyi tarixinə dair mühazirə oxunub

“Qarabağ Hakatonu 2026” yarışması başa çatıb

Nürnberqdən Bakıya: Ermənistanın üç keçmiş prezidentinin cinayət məsuliyyəti məsələsi – TƏHLİL

Yeni Kaledoniyanın nikel sərvətləri uğrunda mübarizə: Kanak təşkilatlarından Aİ-yə etiraz

AQTA sədrinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Gəncədə son illərdə 15 mindən çox yeni iş yeri yaradılıb

AQTA: Qəhvəyi mərmər bağacığı ilə mübarizədə əhalinin fəallığı vacibdir

Beynəlxalq paralimpiya nümayəndələri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır ŞƏRH

İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır

Volodimir Zelenski Antonio Koşta və Ursula Fon der Lyayenlə görüşünün nəticələrini açıqlayıb

BMT-nin fəaliyyətinin təkmilləşdirilməsi, təşkilatda islahatların aparılması zəruridir - ŞƏRH

Türkiyə Aİ-ni “Made in Europe” strategiyasına yenidən baxmağa çağırıb

Azərbaycan və Şri-Lanka siyasi dialoqu gücləndirir

Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb

Siyasi şərhçi: Keçmiş münaqişənin təcrübəsi Azərbaycanın milli maraqlarına əsaslanan praqmatik siyasətin əhəmiyyətini bir daha göstərir

Suraxanıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

İsmayıllıda minik və yük avtomobilləri toqquşub, ölən var

Azərbaycanın sülh gündəliyi regional sabitliyin təmin olunmasına xidmət edir ŞƏRH

Məzarsız atanın neftçi oğlu: “Qara qızıl”ın Vətən payı

Mərkəzi Bank İsveçrə Milli Bankı ilə maliyyə sektorundakı son tendensiyaları nəzərdən keçirib

Səhiyyə Nazirliyinin mobil klinikası Xocalıda sakinlərə tibbi xidmət göstərib

AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər

TƏBİB kənd tibb məntəqələrini müasir tibbi müayinə köşkləri ilə təchiz edir

Siyasi şərhçi: Beynəlxalq hüququn etibarlılığı onun hamı üçün eyni qaydada tətbiqindən asılıdır

Çində ilk robotlaşdırılmış ürək transplantasiyası əməliyyatı uğurla həyata keçirilib

MEK Müstəqilliyin Bərpası Günü ilə bağlı virtual sərgini təqdim edir

Tibbi tullantıların təhlükəsiz idarəolunması üzrə məlumatlılıq artırılır

“Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3493 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Podqoritsa forumu: Azərbaycanın turizmin inkişafı üzrə addımları beynəlxalq auditoriyaya çatdırılıb

Dövlət orqanlarındakı vakant vəzifələr üzrə daxili müsahibələrin qrafiki açıqlanıb

Əmanətlərin Sığortalanması Fondu Özbəkistanın Əmanətlərə Zəmanət Agentliyi ilə memorandum imzalayıb

Azərbaycan informasiya resurslarına qarşı DDoS hücumlarında kommersiya xidmətindən istifadə edilib

Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmiş şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Cənubi Koreya bankları məlumat sızmalarından sonra kibertəhlükəsizliyə ayırdıqları vəsaiti artıracaqlar

Bakı, Ağsu və Şəmkirdə ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 137 min manata yaxın ziyan vurulub

Aİ liderləri yüksək enerji qiymətlərinə qarşı təcili tədbirlər görülməsini istəyirlər

Bağçadan məktəbə keçid: interaktiv oyunlar uşaqların yeni mühitə uyğunlaşmasını asanlaşdırır VİDEO

Bağçadan məktəbə keçid: interaktiv oyunlar uşaqların yeni mühitə uyğunlaşmasını asanlaşdırır VİDEO

“Suitinin kabusu” fotosu “Our Nature Environmental Photo & Video Awards” müsabiqəsinin qalibi olub

Baş nazir Əli Əsədov beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb

Azərbaycanın da ev sahibliyi edəcəyi FIFA U-20 dünya çempionatının rəsmi brendi təqdim olunub

Zaqatalada müstəqillik qüruru: “Müstəqil dövlətim – qürur mənbəyimdir”

Naxçıvan FHN-in xüsusi təyinatlı texnika və avadanlıqları payız-qış istismar rejiminə keçirilir