® “Kartmane VISA” ilə bütün restoranlarda 10 faiz keşbek
“Rabitəbank” “Kartmane VISA” kart sahibləri üçün bol keşbekli bahar kampaniyası təqdim edir. “Kartmane VISA” kart sahibləri bundan sonra həm Azərbaycanda, həm ölkə xaricində xüsusi imtiyazlara sahib olacaqlar.
Mayın 31-dək dünyanın istənilən kafe və restoranlarında “Kartmane VISA” ilə ödəniş etdikdə 10 faiz keşbek kart balansına geri qayıdacaq. Üstəlik bu təklif həm də yemək çatdırılma xidmətlərinə şamil olunur. Bunun üçün “Rabita Mobile” tətbiqində “Kartmane VISA” üçün seçilmiş keşbek növü “YDM və Restoranlar” və ya “Market və Restoranlar” olmalıdır. Qeyd edək ki, kampaniyadan öncə bu keşbek növləri üzrə bütün restoranlardan təklif olunan keşbek 5 faiz idi. Keşbek növünü rahatlıqla “Rabita Mobile” tətbiqi vasitəsilə dəyişə bilərsiniz, ilk dəyişmək haqqı ödənişsizdir.
“Kartmane VISA” kartları ilə ödəniş etməyin daha bir üstünlüyü partnyor restoranlardan ekstra 25 faizədək keşbek əldə etmək şansıdır. “Rabitəbank”ın 100-dən çox tərəfdaş restoranları kampaniya çərçivəsində 10 faiz keşbeklə yanaşı 25 faizədək keşbek qazandırır ki, bu da daha çox bonus deməkdir.
Kampaniya sona çatmamış faydalanmaq üçün “Kartmane VISA” kartını “Rabitəbank”ın rəsmi saytından (https://rbt.az/kartmanevisa), “Rabita Mobile” tətbiqi (http://rbt.az/rbm) və “RabitaBot” çatbotu (t.me/RabitaBot) vasitəsilə sifariş edə bilərsiniz. Bakı və Abşeron yarımadası ərazisinə kartın çatdırılması pulsuzdur. Kampaniya haqqında daha ətraflı məlumatla “Rabitəbank”ın “133” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
“Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, “133” nömrəli Çağrı mərkəzi ilə müştərilərin xidmətindədir.