Azərbaycan Dövlət İnformasiya Agentliyi

® Hüquqi şəxsin ləğv edilməsi qaydası. Şirkətin ləğvi proseduru

® Hüquqi şəxsin ləğv edilməsi qaydası. Şirkətin ləğvi proseduru

Müəssisələr bir sıra hallarda layihənin başa çatması, bazarı tərk etmək məcburiyyəti, bəzi ticarət müqavilələrinin xitamı, vergi və ticarət güzəştlərinin ləğvi yaxud uğursuz ticarət əməliyyatları nəticəsində şirkətin ödəniş qabiliyyətinin olmaması və iflas zamanı əməliyyatları dayandırmaq və hüquqi şəxsi ləğv etmək məcburiyyətində qala bilər.

Azərbaycanda hüquqi şəxsin ləğvi könüllü və ya məcburi surətdə həyata keçirilə bilər. Məhdud Məsuliyyətli cəmiyyətlərin könüllü ləğv prosesi iştirakçıların yekdilliklə qəbul edilən qərarı ilə başlasa da, məcburi ləğvetmə məhkəmənin qərarı ilə həyata keçirilir. Müəssisənin ləğv edilməsi qaydası dedikdə burada MMC-nin ləğvini nəzərdə tutulur. Digər hüquqi şəxslərin ləğvi qaydası üçün əlavə tələblər müəyyən edilə bilər. Yəni şirkətin ləğvi qaydası onun təşkilatı-hüquqi formasından asılı olaraq fərqlənə bilər.

Hüquqi şəxsin ləğvi qaydası və proseduru

Hüquqi şəxsin ləğvi üçün qanunda təsbit edilən və izləməli olduğunuz addımlar aşağıdakı kimidir.

1. Hüquqi şəxsin ləğv edilməsi təşəbbüsü ilə çıxış edən səhmdarları və ya hüquqi şəxsin nizamnaməsi ilə vəkil edilmiş orqanı hüquqi şəxsin cari fəaliyyətinə rəhbərlik edən icra orqanından hüquqi şəxsin bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinin olmasını təsdiqləyən rəsmi bəyanatın (aktiv və passivlərin vəziyyəti barədə) qəbul olunmasını tələb edir.

2. Hüquqi şəxsin icra orqanı (icraedici direktoru) ləğvetmə qərarından ən çoxu 20 gün əvvəl ödəmə qabiliyyətinin olmasını təsdiqləyən rəsmi bəyanatı qəbul edir.

3. İcra orqanı bəyanatın qəbulunun mümkünsüzlüyünü bildirdikdə və bəyanatı qəbul etməkdən imtina etdikdə, iştirakçıların ümumi yığıncağı hüquqi şəxsin bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinin olub-olmamasını təsdiqləmək üçün müstəqil auditor cəlb edə bilər. Müstəqil auditor hüquqi şəxsin ödəmə qabiliyyətinin olmasını öz rəyi ilə təsdiq etdikdə, həmin rəy bu maddə ilə müəyyən edilmiş bəyanata bərabər tutulur.

4. Hüquqi şəxsin ləğv olunması ilə bağlı qərar iştirakçıların ümumi yığıncağında qəbul edilməlidir. Bu qərar əsasında ümumi yığıncaq ləğvetmə komissiyası (və ya tək ləğvedici) təyin edir, Mülki Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası və müddəti müəyyənləşdirilir.

5. Ləğvedici təyin olunduğu gündən etibarən 10 gün ərzində rəsmi mətbu nəşrdə hüquqi şəxsin ləğvi və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatı dərc edir.

6. Dərcin ilk günündə ləğvedici aşağıdakı şəxslərə bildiriş göndərir:

- Ləğv edilən hüquqi şəxsin bütün məlum kreditorlarına

- Dövlət büdcəsinə məcburi ödənişlər və büdcədənkənar dövlət fonduna məcburi dövlət sosial sığorta haqları üzrə borcun olub-olmaması ilə bağlı müvafiq icra hakimiyyəti orqanına (Vergi Xidməti və ƏƏSMN)

7. Ləğvedici təyin olunduğu gündən etibarən 15 gün ərzində aşağıdakı sənədləri vergi orqanına təqdim etməlidir:

• Ləğvetmə barədə qərar

• Ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanat

• Ləğvetmə ilə bağlı ilk məlumatın dərc edilməsini təsdiqləyən sənəd

• Hüquqi şəxsin möhürü

• Bu mərhələdən sonra hüquqi şəxs üzərində “ləğv prosesindədir” yazılmış möhürü istifadə edir və hüquqi şəxsin adından sonra “ləğv prosesindədir” sözləri əlavə edilir

• Kreditorların tələblərinin irəli sürülməsi müddəti bitdikdən sonra 10 gün müddətində ləğvedici aralıq ləğvetmə balansını tərtib edərək təsdiq edir və hüquqi şəxsin iştirakçılarına göndərir. Aralıq ləğvetmə balansı ən azı aşağıdakıları əhatə etməlidir:

- Ləğv edilən hüquqi şəxsin əmlakının tərkibi

Kreditorlarının tələbləri və debitor borclar

Əgər ləğv edilən hüquqi şəxsin əmlakının dəyəri kreditorlarının tələblərini ödəmək üçün yetərli deyildirsə, ləğvedici dərhal iflas proseduruna başlamalıdır. Ləğvedici aralıq balansının təsdiqləndiyi tarixdən etibarən kreditorların tələbləri üzrə ödənişləri etməlidir. Kreditorlarla hesablaşmalar başa çatdıqdan sonra 5 gün ərzində ləğvedici ləğvetmə balansını və qalıq əmlakın iştirakçılar arasında bölünməsi planını əks etdirən hesabatı tərtib edir. Həmin balans və hesabat tərtib edildiyi gündən sonra 45 gündən gec olmayaraq hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı tərəfindən təsdiqlənməlidir. Ləğvetmə balansı təsdiqləndikdən sonra 10 gün ərzində ləğvedici qalan əmlakın təsdiq edilmiş bölünmə planına uyğun olaraq hüquqi şəxsin iştirakçıları arasında bölünməsini təmin edir. İştirakçılar arasında bu cür bölgü aparıldıqdan sonra ləğvedici yeni balans təsdiq edir və hüquqi şəxsin adının dövlət qeydiyyatından çıxarılması üçün 10 gün ərzində aşağıdakı sənədləri vergi orqanına təqdim etməlidir:

- İştirakçılar və ya ləğvedici tərəfindən imzalanan ərizə (biri vergi orqanı, biri isə ərizəçi hüquqi şəxs üçün olmaqla 2 nüsxədə təqdim edilməlidir)

- Yekun balans

- Əmlakın bölünməsi barədə hesabat

- Əmlakın iştirakçılar arasında bölünməsi barədə sənəd (akt)

- Hüquqi şəxsin dövlət reyestrindən çıxarışının və nizamnaməsinin əsli

- Hüquqi şəxsin möhürü (“ləğvetmə prosesində olan” yazılı)

Belə ərizənin verilməsindən sonra 7 gün ərzində dövlət orqanı tərəfindən yekun qərar verilməlidir və hüquqi şəxsin ləğvi barədə məlumat hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan hüquqi şəxs ləğv olunmuş sayılır.

Ləğvetmə kifayət qədər çətin və çoxmərhələli prosesdir və çox vaxt praktikada yuxarıdakı ardıcıllıqla izlənir.

Ləğvetmə prosesinə başlamazdan öncə hüquqi şəxsin nizamnaməsi iştirakçıların xüsusi qərar qəbuletmə qaydaları üçün nəzərdən keçirilməlidir. Çünki təsis zamanı hüquqi şəxsin ləğvi qaydası da müəyyənləşdirilməli və Nizamnamədə əks etdirilməlidir.

Ümumi ləğv prosesi hüquqi şəxsin ləğvi barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil olduğu andan etibarən 12 ay ərzində başa çatdırılmalıdır. Bu müddətin ötürülməsi ləğvetmə prosesinin yenidən başlanmasına səbəb olur.

Üstəlik, bütün vergi bəyannamələri, sosial sığorta və digər müvafiq ödənişlərin edilməsi ilə bağlı bəyannamələr də hüquqi şəxsin ləğvi barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil olduğu andan etibarən 30 gün daxilində təqdim edilməlidir. Bundan başqa qeyd edilməlidir ki, hüquqi şəxsin tərəf olduğu məhkəmə prosesi zamanı inzibati xəta və ya cinayət işi üzrə icraat yekunlaşana və ya xitam edilənədək hüquqi şəxsin ləğvi qanunla qadağan olunur. Buna görə yerli məhkəmənin hüquqi şəxsə qarşı heç bir iddianın olmamasını əks etdirən xüsusi bəyanatı vergi orqanına təqdim edilməlidir.

Hüquqi şəxsin ləğvi, yəni müəssisənin bağlanılması ilə bağlı hüquqi dəstək üçün Caspian Legal Center Firmasına müraciət edə bilərsiniz: [email protected] , 050 289 89 73 (mobil və whatsapp ).

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı Natiq Əliyev: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb

Ağstafada müəllimlər arasında yarış olub

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL