"Ayaks"ın baş məşqçisi istefaya göndərilib
Bakı, 2 iyun, AZƏRTAC
Niderlandın "Ayaks" klubunun baş məşqçisi Con Heytinqa istefaya göndərilib.
AZƏRTAC xəbər verir ki, buna Amsterdam təmsilçisinin geridə qalan mövsümdə uğursuz çıxışı səbəb olub.
Klub rəhbərliyi 40 yaşlı mütəxəssislə başa çatan müqavilənin müddətini yeniləməyib.
Mövsümü 69 xalla üçüncü pillədə başa vuran "Ayaks" UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməyib.
2016-cı ildən paytaxt təmsilçisində çalışan Con Heytinqa bu ilin yanvarından komandaya başçılıq edirdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:41]
“Turan” voleybol komandası “Fənərbağça” ilə qarşılaşacaq
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]