"Azerbaijan Interbank Rate" indeksləri açıqlanacaq
Bakı, 2 may, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankı (AMB) özünün rəsmi internet səhifəsində gündəlik əsasda təminatsız bazarda banklar arasında milli valyutada əməliyyatların orta çəkili faiz dərəcəsini əks etdirən müxtəlif müddətli AZIR (Azerbaijan Interbank Rate) indekslərini açıqlamağa başlayır.
AMB-dan AZƏRTAC-a bildirilib ki, bu indekslər Mərkəzi Bankın İdarə Heyəti tərəfindən təsdiq edilən “Təminatsız Banklararası Pul Bazarında Bençmark Dərəcəsi üzrə İndekslərin Hesablanması və Açıqlanması Qaydaları” əsasında hesablanır. İndekslərin hesablanmasında Blumberq ticarət platformasında Azərbaycan Respublikasında fəaliyyət göstərən kommersiya bankları arasında milli valyutada bağlanan əqdlərdən istifadə edilir. Faiz indekslərilə yanaşı Mərkəzi Bankın internet səhifəsində müvafiq tələblərə cavab verən əqdlərin məbləği və sayı da açıqlanacaq.
Mərkəzi Bank AZIR indekslərindən pul siyasətinin əməliyyat məqsədlərinə nail olmasının effektivliyinin ölçülməsi göstəricilərindən biri kimi istifadə edir. Bazar iştirakçıları maliyyə bazarında müxtəlif əqdlərin bağlanması zamanı AZIR indeksindən istinad faiz dərəcəsi kimi istifadə edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]