"Bakı-2017": Cüdoçumuz Nicat Şıxəlizadədən inamlı qələbə
Bakı, 13 may, AZƏRTAC
Azərbaycan cüdoçuları IV İslam Həmrəyliyi Oyunlarında uğurlu çıxışlarını davam etdirirlər.
AZƏRTAC xəbər verir ki, kişilərin yarışında idmançımız Nicat Şıxəlizadə (66 kq) dörddəbir finalda Eisa Majraşi (Səudiyyə Ərəbistanı) ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüş təmsilçimizin xeyrinə nəticələnib.
Beləliklə, rəqibini ipponla məğlub edən təmsilçimiz yarımfinala vəsiqə əldə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.10.2026 [18:59]
Kompani “Bavariya”ya milli komandaların oyunlarından sonra qayıdacaq
- 29.10.2026 [16:41]
“Zirə”nin futbolçusu: Kubok matçının taleyini ilk hissədə həll edə bilərdik
- 29.10.2026 [16:30]