"Braqa"nın aparıcı futbolçusu "Qarabağ"la oyunları buraxacaq
Bakı, 25 yanvar, AZƏRTAC
“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” ciddi itki ilə üzləşib.
AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, Portuqaliya təmsilçisinin aparıcı futbolçusu Bruma sağ dizindən zədə alıb.
Yanvarın 29-da əməliyyat olunacaq hücumameyilli yarımmüdafiəçinin 4-6 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilib.
Qeyd edək ki, “Qarabağ” “Braqa”ya qarşı ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO
- 07.10.2026 [18:06]