"Sinovac Biotech"in vaksinlərinin ilk partiyası Malayziyaya çatdırılıb
Pekin, 27 fevral, AZƏRTAC
Çinin "Sinovac Biotech" şirkətinin COVID-19 əleyhinə "CoronaVac" peyvəndin ilk partiyası Malayziyaya çatdırılıb.
AZƏRTAC şirkətin açıqlamasına istinadla xəbər verir ki, 200 litr həcmindəki məhlul təxminən 300 min doza peyvənd deməkdir. Malayziyanın qabaqcıl əczaçılıq şirkətlərindən olan "Pharmaniaga" vaksinlərin təchizatı üçün yanvar ayında "Sinovac Biotech" şirkəti ilə müqavilə imzalayıb. "Pharmaniaga" vaksin məhlulunun qablaşdırmasını həyata keçirəcək.
Qeyd edək ki, Braziliya, Türkiyə, İndoneziya, Malayziya və bir neçə başqa ölkə COVID-19 əleyhinə vaksinasiya proqramında məhz “Sinovac Biotech” şirkətinin “CoronaVac” peyvəndi tətbiq olunur. Yanvarın 18-dən Azərbaycanda başlayan vaksinasiya prosesində də “CoronaVac” peyvəndindən istifadə edilir. Çin hökuməti bu peyvəndin ölkədə kütləvi marketinqinə də icazə verib. Şirkət peyvəndə olan yerli və xarici tələbatı nəzərə alaraq illik istehsal gücünü 1 milyard dozaya çatdırmaq üçün istehsalı genişləndirir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]