İDMAN
"Tottenhem" "Liverpul"a qalib gəlib, Mançester təmsilçiləri uduzublar

Bakı, 30 sentyabr, AZƏRTAC
İngiltərə Premyer Liqasının VII turu mərkəzi oyunla əlamətdar olub.
AZƏRTAC xəbər verir ki, prinsipial qarşılaşmada "Tottenhem" və "Liverpul" komandaları üz-üzə gəliblər. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
London klubundan qolları 36-cı dəqiqədə Son Xın Min, 90+6-cı dəqiqədə Joel Matip (avtoqol), Mersisayd təmsilçisindən isə 45+4-cü dəqiqədə Kodİ Qakpo vurub. Qonaqların heyətində 26-cı dəqiqədə Körtis Cons, 69-cu dəqiqədə isə Dioqu Jota qırmızı vərəqə ilə meydandan qovulub.
Günün digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
İngiltərə Premyer Liqası
VII tur
"Aston Villa" - "Brayton" - 6:1
"Bornmut" - "Arsenal" - 0:4
"Everton" - "Luton" - 1:2
"Mançester Yunayted" - "Kristal Pelas" - 0:1
"Nyukasl" - "Börnli" - 2:0
"Vest Ham" - "Şeffild Yunayted" - 2:0
"Vulverhempton" - "Mançester Siti" - 2:1
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.12.2023 [15:11]
“Neftçi” növbəti oyuna ciddi itkilərlə çıxacaq
- 07.12.2023 [14:31]
Rüstəm Orucov: Bəzən cüdodan uzaqlaşdığıma görə depressiyaya düşürəm
- 07.12.2023 [13:55]
Mahir Məmmədov: Bu il Azərbaycan şahmatı üçün məhsuldar alındı
- 07.12.2023 [13:09]
Boks üzrə Azərbaycan çempionatında bütün yarımfinalçılar bəlli olub
- 07.12.2023 [12:16]
“Santos”un azarkeşləri klub futbolçusunun maşınını yandırıblar
- 07.12.2023 [12:09]
İdman gimnastikası üzrə “Rektor Kuboku”nun açılış mərasimi olub
- 07.12.2023 [11:54]