"Vikipediya"da Nadir şahın yürüşləri ilə bağlı məqalələr yaradılıb
Bakı, 24 aprel, AZƏRTAC
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” könüllüləri tərəfindən görkəmli tarixi şəxsiyyət Nadir şahın yürüşləri ilə bağlı məqalələr yaradılıb.
MEK-dən AZƏRTAC-a bildirilib ki, "Vikipediya"nın Azərbaycan dili bölməsində yaradılan 14 məqalədə böyük sərkərdənin yürüş və döyüşləri, həmçinin onların səbəb və nəticələri haqqında ətraflı məlumat verilib.
Oxucular Kərkük, Damğan, Murçexort, Herat, Murattəpə, Xeybərkeçidi, Qars, Karnal, Zərgan döyüş və yürüşləri, həmçinin Rəşt, Bağdad müqavilələri haqqında maraqlı məlumatlarla tanış ola bilərlər.
Qeyd edək ki, "Vikipediya"nın Azərbaycan dili bölməsində Karnal döyüşü və Nadirin yürüşləri məqaləsi "seçilmiş məqalə" statusu alıb.