Azərbaycan Dövlət İnformasiya Agentliyi

"Xocalıya ədalət!" kampaniyası çərçivəsində İsraildə soyqırımı qurbanlarının Xatirə günü keçirilib

Bakı, 26 fevral, AZƏRTAC

Holon Texnologiya İnstitutu, “İsraildə Azərbaycan Evi” və Heydər Əliyev Fondu "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində Xocalıda soyqırımı aktının 28-ci ildönümü günündə "Azərbaycanın geosiyasi reallığı və Cənubi Qafqaz: tarix və perspektivlər" mövzusunda birgə elmi-praktik konfrans keçiriblər.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondu tərəfindən təşkil edilmiş tədbirdə və Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş sənədli fotosərgidə İsrailin siyasi partiyalarının nümayəndələri, o cümlədən Qüdsün sabiq meri, hakim "Likud" Partiyasından deputat Nir Barkat və deputat Keti Şitrit, "İsrail Bizim Evimizdir" Partiyasından deputatlar Yevgeni Sova və Mark İfraimov, habelə Holon şəhəri merinin müavini Mixail Sutovski, Absorbsiya Nazirliyinin baş alimi, Avrasiya Yəhudi Konqresi nəzdində Strateji Araşdırmalar Mərkəzinin başçısı, Ariel Universitetinin professoru Zeyev Hanin, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert, hüquq doktoru, ravvin Mixael Finkel, Xolon Texnologiya İnstitutunun tələbə və müəllim heyəti, israilli jurnalistlər, əslən Azərbaycandan olan çoxsaylı icmanın üzvləri iştirak edib.

Konfransda Azərbaycanı Heydər Əliyev Fondunun nümayəndəsi Cavid Məmmədzadə təmsil edib.

Tədbir iştirakçıları İsrailin və Azərbaycanın dövlət himnlərinin sədaları altında Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla anıblar. "Xocalıya ədalət!" sənədli fotosərgisi tədbir iştirakçılarının çoxuna faciəli hadisələri - nasist Almaniyasının yəhudi xalqına qarşı törətdiyi Holokostun dəhşətli mənzərələrini xatırladıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail nümayəndəliyinin icraçı direktoru, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut Xocalı soyqırımı ilə bağlı dərin kədərini ifadə edib. O ümidvar olduğunu bildirib ki, Azərbaycanın işğal edilmiş əraziləri tezliklə azad ediləcək və bir milyondan çox qaçqın və məcburi köçkün öz ata-baba yurdlarına qayıdacaq.

A.Qut deyib: “Xocalı soyqırımı ilə əlaqədar Azərbaycan xalqının dərdinə şərik oluruq. Holokostu yaşamış bir xalq kimi, biz Azərbaycan xalqının diləklərini və ağrısını gözəl başa düşürük. Ermənistan Azərbaycan ərazilərinin 20 faizinin, o cümlədən Dağlıq Qarabağın və ətraf yeddi rayonun işğalını 28 ildən çoxdur davam etdirir. Dağlıq Qarabağın Azərbaycanın tarixi ərazisi olması hamıya bəlli faktdır. Mən İsrail KİV-lərinin nümayəndələri ilə birlikdə Xocalı soyqırımını yaşamış insanlarla dəfələrlə görüşmüşəm.

İnanın ki, onlar ermənilərin qəddarlığı və vəhşiliyi haqqında elə qorxunc şeylər danışıblar, bunlar barədə yazmaq da, danışmaq da olduqca ağırdır. Dəhşətli fevral gecəsində Xocalıda baş verənlər sənədli videomateriallarla, şahidlərin, o tükürpərdici mənzərəni öz gözü ilə görmüş xarici jurnalistlərin və ekspertlərin ifadələri ilə təsdiqlənir. Xocalının mülki əhalisinin bilərəkdən kütləvi şəkildə məhv edilməsinin yeganə səbəbi onların azərbaycanlı olması idi. Bütün bu tarixi faktlar Xocalı soyqırımının dəhşətləri barədə atamla birlikdə yazdığım "Ağrı" bədii-sənədli romanında öz əksini tapıb”.

Holon Texnologiya İnstitutunun prezidenti Eduard Yakubov Xocalı soyqırımı ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verərək deyib: “Biz bir neçə ay əvvəl Arye Qutla Bakıda görüşdük və belə razılığa gəldik ki, institutumuzda Azərbaycan Günü təşkil edək. Bu gün biz sizinləyik. Əslən Azərbaycandan olan yəhudilərin uğurlu icması, məhsuldar fəaliyyət göstərən “İsraildə Azərbaycan Evi” ölkəmizdə Azərbaycanın müsbət imicini formalaşdırır. Bu istedadlı, ağıllı və savadlı insanlar israillilərə bu qeyri-adi gözəl xalqdan danışaraq qısa müddətdə onların gözündə Azərbaycanın müsbət obrazını yaratdılar. Bizə tolerant və multikultural Azərbaycan xalqından, yəhudi xalqının Azərbaycanda təqiblərə, təhqirlərə, həqarətlərə, talanlara və antisemit fəaliyyətə heç vaxt məruz qalmamasından məhz onlar danışdılar. Azərbaycan əsilli israillilər artıq uzun illərdir Azərbaycan ilə İsrail arasında möhkəm və səmərəli iqtisadi, hətta geosiyasi tərəfdaşlığın formalaşmasına kömək edirlər. ABŞ-ın 16-cı Prezidenti Avraam Linkoln deyirdi: “Öz gələcəyini qabaqcadan görməyin ən yaxşı üsulu bu gələcəyi özünün yaratmağındır!”. Gəlin bu xoşbəxt gələcək üçün - bizim üçün, gözəl gənclərimiz üçün əl-ələ verib bir yerdə çalışaq. Biz xoşbəxt gələcək üçün çox şey edə bilərik və etməliyik! Mən qardaş Azərbaycan xalqına sülh, tərəqqi və müstəqil Azərbaycan Respublikasının rifahı naminə fəaliyyətində uğurlar arzu etmək istəyirəm”.

Heydər Əliyev Fondunun nümayəndəsi Cavid Məmmədzadə bildirib ki, Azərbaycan ilə İsrail arasında münasibətlər adətən diplomatiya və ticarət çərçivəsindən çox kənara çıxır. “Azərbaycanda yəhudilərin tarixi antik dövrlərə, Assur çarları dövrünə gedib çıxır. Belə bir faktı qeyd etmək yerinə düşər ki, Azərbaycanda yəhudi diasporu dünyada ilk diasporlardan biridir. Belə bir fakt da vurğulanmalıdır ki, başqa ölkələrin çoxundan, o cümlədən monoetnik Ermənistandan fərqli olaraq, Azərbaycanda heç vaxt antisemitizm təzahürü qeydə alınmayıb. Əksinə, əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan Azərbaycanda bu gün 20 minlik yəhudi icması yaşayır, 8 sinaqoq fəaliyyət göstərir. Heydər Əliyev Fondu bu yaxınlarda İsmayıllı rayonunun Müci kəndində çoxəsrlik tarixi olan yəhudi qəbiristanını bərpa edib. Bundan əlavə, müqəddəs Tövrat ilk dəfə Azərbaycan dilinə tərcümə olunub”.

Heydər Əliyev Fondunun nümayəndəsi elmi-praktik konfransın iştirakçılarını “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının fəaliyyəti barədə ətraflı məlumatlandıraraq deyib: “Bu beynəlxalq informasiya kampaniyası 2008-ci il mayın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılıb. Kampaniya Xocalı soyqırımı, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsas səbəbləri və nəticələri, erməni silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionundan və ətraf 7 rayonundan qeyd-şərtsiz çıxarılmasının zəruriliyi barədə beynəlxalq birliyin məlumatlılıq səviyyəsini artırmağa xidmət edir. Onun əsas məqsədi soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq onların xatirəsini qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək, salamat qalanları dəstəkləmək və onların əzablarını yüngülləşdirməyin çarəsini axtarıb tapmaqdır”,- deyə C.Məmmədzadə fikrini tamamlayıb.

Sonra Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş 10 dəqiqəlik “Xocalı soyqırımı” sənədli filmi nümayiş etdirilib.

Qüdsün keçmiş meri, deputat Nir Barkad Xocalı soyqırımı ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib. O, elmi-praktik konfransın yüksək səviyyədə keçirilməsinə görə Holon Texnologiya İnstitutuna, “İsraildə Azərbaycan Evi”nə və Heydər Əliyev Fonduna təşəkkür edərək deyib: “Mən yaxşı bilirəm ki, ölkələrimiz strateji tərəfdaşlığı inkişaf etdirərək yüksək səviyyəyə qaldırırlar. Bizim Baş Nazirlə Azərbaycan Prezidenti tez-tez beynəlxalq platformalarda görüşürlər. Biz strateji əməkdaşlığımızı möhkəmləndirmək, dərinləşdirmək və inkişaf etdirmək üçün mümkün olan hər şeyi etməliyik”.

“İsrail Bizim Evimizdir” Partiyasından deputat Yevgeni Sova Xocalıda baş verənlərlə əlaqədar dərindən kədərləndiyini bildirib. O, İsrail-Azərbaycan əməkdaşlığının strateji əhəmiyyəti üzərində ətraflı dayanaraq bildirib ki, İsrail Azərbaycanı Cənubi Qafqazda mühüm strateji müttəfiq və regionda fəal geosiyasi aktor kimi nəzərdən keçirir. “Əgər desəm ki, Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Azərbaycan-İsrail strateji tərəfdaşlığının həqiqi memarlarından biri İsrail tərəfindən məhz Aviqdor Liberman olub, elə bir böyük sirr açmaram. Məhz “İsrail Bizim Evimizdir” Partiyasının liderinin xarici siyasət konsepsiyası İsrailin xarici siyasət strategiyasında Azərbaycanı postsovet məkanının sadə ölkəsindən İsrail Dövlətinin strateji tərəfdaşına çevirib. Regionda Azərbaycanın strateji əhəmiyyətini və geosiyasi vacibliyini məhz Aviqdor Liberman başa düşüb”, - deyə Y.Sova vurğulayıb.

Holon şəhəri merinin müavini, bakılı Mixail Sutovski də Azərbaycan xalqının dərdinə şərik olduğunu bildirərək deyib: “Bu gün bizə 613 insanın - uşaqların, qadınların və qocaların həyatına son qoymuş Xocalı faciəsinin qurbanlarının xatirəsini anmaq şərəfi nəsib olub. Onları gecənin bir aləmində, aman vermədən vəhşicəsinə və soyuqqanlılıqla qətlə yetiriblər. Bu insanları zorla Həyat kitabından siliblər. Amma Xocalı qurbanları bu faciə ilə barışmaq istəməyən və barışmayan insanların yaddaşına həkk olunub. Biz hər il erməni terrorunun qurbanlarını xatırlayırıq. Bu gün bura insan həyatına dəyər verənlər, bu cür dəhşətli hadisələri unutmayanlar və buna bənzər faciələrin təkrarlanmaması üçün əlindən gələni etməyə çalışanlar toplaşıblar”.

Absorbsiya Nazirliyinin baş alimi, Avrasiya Yəhudi Konqresi nəzdində Strateji Araşdırmalar Mərkəzinin başçısı, Ariel Universitetinin professoru Zeyev Hanin Azərbaycanın İsrail üçün strateji əhəmiyyəti üzərində dayanaraq deyib: “İsrail Dövləti ilə Azərbaycanın çox etibarlı dostluq, əməkdaşlıq və tərəfdaşlıq münasibətləri hazırda dünyanın bir çox ölkələri üçün həqiqi və ideal modeldir. Bu ölkələr ən çətin vaxtlarda həmişə bir yerdə olublar, həmişə bir-birinə dəstək göstəriblər. Möhkəm münasibətlərin əsas səbəblərindən biri insanlar arasında körpü amilidir, uzun əsrlər boyu Azərbaycan ərazisində yaşayan azərbaycanlılarla yəhudilərin sarsılmaz qardaşlıq və dostluq münasibətləridir. Azərbaycan tarixinin XX əsrin 90-cı illərinin əvvəlinə aid qanlı səhifələrini, eləcə də multikulturalizm və tolerantlıq məsələlərini müzakirə etdiyimiz bugünkü konfrans göstərir ki, “İsraildə Azərbaycan Evi” Azərbaycanın maraqlarını İsraildə layiqincə və ən yüksək səviyyədə təmsil edir. Bu fakt bir daha təsdiq edir ki, Azərbaycan əsilli İsrail vətəndaşları Vətəndə, Azərbaycanda baş verənləri diqqətlə izləyir və onun təəssübünü çəkirlər. Bu, unikal hadisədir.

Bu da bir faktdır ki, İsrail məhz ölkəmizdə Azərbaycanın fəal lobbiçiləri sayəsində onun ədalətli mövqeyini dəstəkləyir və Ermənistan-Azərbaycan münaqişəsini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlamağa çağırır”.

Ehtiyatda olan polkovnik, hazırda İsrail vətəndaşı, Xocalıda dəhşətli soyqırımı aktının canlı şahidi Əsəd Fərəcovun çıxışı hamını mütəəssir edib. “Biz hadisələrdən 2-3 gün sonra o dəhşətli çölə gəldik. Erməni vəhşiliklərinin nəticələri fonunda çəkildiyim foto var. Xocalının həlak olmuş sakinlərinin təhqir edilmiş meyitləri indiyədək gözümün önündədir. Bu çöl Xocalının 17-20 kilometrliyində yerləşir. Bu dəhşətli mənzərəni - qətlə yetirilmiş, eybəcər və tanınmaz vəziyyətə salınmış, zorlanmış qadınları, yandırılmış insanları, kəsilmiş başları, qulaqları, uşaqların və qocaların soyulmuş baş dərilərini, deşilmiş başlarını görəndən sonra başa düşdük ki, Xocalı soyqırımı haqqında bu dəhşətli həqiqəti dünyaya çatdırmaq üçün bura jurnalistlər gətirilməlidir. İçərisində jurnalistlər olan ikinci helikopter uçanda ermənilər düşünürdülər ki, biz xocalılıların meyitlərini toplamağa gəlmişik. Mərhum Çingiz Mustafayev yanımda idi. O, hönkür-hönkür ağlayaraq gördüklərini videoya çəkirdi. Siz bu kadrlarda mənim ona “Bunu da çək, bunu da çək” deyərkən səsimi də eşidə bilərsiniz. Əgər ermənilər bilsəydilər ki, biz Fransa, Türkiyə və Rusiya jurnalistlərinin bir qrupunu gətirmişik, onda bu helikopteri vurardılar”, - Ə.Fərəcov vurğulayıb.

“İsraildə Azərbaycan Evi”nin başçısı Şirin Nehamiya Mixaeli İsrailin Azərbaycan icması və Azərbaycan Respublikası ilə sədaqətli və həqiqi dostluğuna görə Holon Texnologiya İnstitutunun prezidenti Eduard Yakubova təşəkkür edərək deyib: “Mən Azərbaycan xalqının dağ yəhudisi mənşəli oğluyam və bəyan edirəm ki, 1992-ci ildə şahidi olduğumuz vəhşilikləri heç vaxt unutmayacağıq. Gün o gün olsun ki, mən və yaxın dostlarım Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etsinlər. Biz, Azərbaycan əsilli dağ yəhudiləri fəxr edirik ki, daşnak işğalçılarına qarşı bu müharibədə müstəqil Azərbaycanın ilk Milli Qəhrəmanlarından biri Albert Aqarunov olub. Onun qəhrəmanlığı Azərbaycan və yəhudi xalqlarının igidliyini nümayiş etdirdi. Albertin yanında Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən çoxlu yəhudi olub. Onların arasında itkin düşənlər də var. Mənim yaxın qohumum Vüqar Mixaylov onlardan biridir. Hazırda Mixaylovlar ailəsinin üzvləri İsrailin müxtəlif şəhərlərində yaşayırlar. Vüqarın anası, böyük qardaşı və bacısı ümid edirlər ki, 28 il erməni əsirliyində keçirdikdən sonra Vüqarla yenidən görüşə biləcəklər”.

Beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert, ravvin Mixael Finkel Azərbaycan xalqına başsağlığı verərək deyib: “Biz dinc əhaliyə qarşı zorakılığın və amansızlığın hər hansı formasını həmişə pisləmişik və bundan sonra da pisləyəcəyik. Xocalı haqqında sənədli sərgidə nümayiş etdirilən bu qorxunc fotolar erməni silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı qanlı qırğının xüsusi amansızlıq və zorakılıqla törədildiyini təsdiq edir.

Biz Holokostu yaşamış bir xalq kimi, Xocalının dinc azərbaycanlı sakinlərinə münasibətdə bu barbar metodları və insaniyyətdən uzaq münasibəti pisləyirik. Mən Xocalı soyqırımının qurbanlarının xatirəsinə yəhudilərin “Kadiş” duasını oxumaq istəyirəm”, - deyə ravvin Mixael Finkel Xocalı soyqırımı qurbanlarının dua oxuyub.

Tədbirin moderatoru Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail nümayəndəliyinin icraçı direktoru, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut konfransı yekunlaşdıraraq vurğulayıb ki, Xocalı soyqırımının təşkilatçıları, ideoloqları və ruhlandırıcıları, təəssüf ki, hələ də ədalət mühakiməsindən və məhkəməsindən yaxa qurtara bilirlər. Bu səbəbdən Robert Koçaryan, Serj Sarkisyan, Seyran Ohanyan və başqaları həbsxanada yatmaq əvəzinə prezident, nazir olur, onları qəbul edir və xarici ordenlərlə təltif edirlər. Lakin azərbaycanlılar tərəfindən cəzalandırılacaqları qorxusu onları bir an belə tərk etmir. Biz həlak olanlara görə dərin kədər hissi keçirir, onların xatirəsini əziz tutur, qisas deyil, ədalət tələb edirik. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən beynəlxalq informasiya kampaniyası “Xocalıya ədalət!” adlanır. Yəni kampaniyanın əsas məqsədi ədalətə nail olmaq, Xocalıda hərbi cinayətlərdə, bəşəriyyət əleyhinə cinayətlərdə və kütləvi qətllərdə günahkar olanları məsuliyyətə cəlb etməkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Natiq Əliyev: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb

Ağstafada müəllimlər arasında yarış olub

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib