"Yaşıl ölkəm" layihəsi üzrə yaşıllaşdırma aksiyasında 400-dən çox ağac əkilib
Bakı, 18 mart, AZƏRTAC
"Kapital Bank" "Yaşıl ölkəm" layihəsi üzrə paytaxtda və bölgələrdə yenidən yaşıllaşdırma aksiyası keçirib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, "Bu gün əkdiyimiz ağac, sabah aldığımız nəfəsdir!" şüarı ilə keçirilən yaşıllaşdırma aksiyasında paytaxtın Qaradağ rayonunda, Sumqayıt şəhərində, Bərdə və İmişli rayonlarında 400-dən çox Eldar şamı və küknar ağacı əkilib. Aksiya zamanı ərazi kənar əşyalardan təmizlənib, quyular qazılıb və quşlar üçün yuva hazırlanıb. Əsasən magistral və şəhərlərarası yolların kənarında əkilən ağaclara aqrotexniki qaydada qulluq göstərilib, dibləri bellənib və suvarılıb.
Qeyd edək ki, salınan yaşıllıq zolaqlarına qulluq "Kapital Bank"ın dəstəyi ilə həyata keçiriləcək. Yeni əkilmiş ağacların vaxtı-vaxtında suvarılması üçün ərazilərə suvarma sistemi quraşdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]