Abbas Hünbətov: Cəng sənəti üzrə dünya çempionatında ölkəmizi beş idmançı təmsil edəcək
Bakı, 17 iyun, AZƏRTAC
Sentyabrda Özbəkistanda cəng sənəti üzrə dünya çempionatı keçiriləcək. Azərbaycan idmançıları da çempionatda güclərini sınayacaqlar.
Bu sözləri Azərbaycan Sindo-ryu və Pencak-silat Federasiyasının vitse-prezidenti Abbas Hünbətov AZƏRTAC-a məxsusi açıqlamasında deyib.
Abbas Hünbətov bildirib ki, dünya çempionatında ölkəmizi beş idmançı təmsil edəcək. Yarışda medallar uğrunda Rəsul Hünbətli, İlyas Hünbətli, Elxan Cəfərov və Cavad Cəfərovun iştirakı təsdiqlənib. Bir idmançının seçimi isə hazırlıq prosesinin sonunda bəlli olacaq.
“İdmançılarımızın dünya çempionatına hazırlığı yüksək səviyyədə davam edir. Yarışda iştirak edəcək hər bir idmançımızdan medal gözləyirik. Çünki onların böyük potensialı var. Onların hər biri beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etmiş idmançılardır. Ümid edirəm ki, növbəti yarışda da onlar uğurla çıxış edərək üçrəngli bayrağımızı dalğalandıracaq və xalqımızı öz qələbələri ilə sevindirəcəklər”, - deyə A.Hünbətov əlavə edib.
Qeyd edək ki, cəng sənəti Özbəkistanın milli döyüş idman növüdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [19:15]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [17:05]
“Zirə” Namik Ələskərovla yollarını ayırıb
- 07.08.2026 [15:55]
Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV
- 07.08.2026 [15:19]
“Fənərbağça”nın sabiq futbolçusu Superliqa klubuna keçib
- 07.08.2026 [13:43]
“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub
- 07.08.2026 [13:32]
“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə verib
- 07.08.2026 [13:12]