ABŞ-a məxsus PUA Cənubi Koreyanın sahil sularına düşüb
Pekin, 25 noyabr, AZƏRTAC
ABŞ hərbi hava qüvvələrinə məxsus “MQ-9 Reaper” pilotsuz uçuş aparatı (PUA) Cənubi Koreyanın qərb sahilləri yaxınlığında qəzaya uğrayaraq suya düşüb.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, rutin uçuşu yerinə yetirən PUA ABŞ-ın Cənubi Koreyanın Kunsan şəhərindəki hərbi bazasında qeydiyyatda olub. Hərbi bazadan verilən açıqlamaya görə, uçuş zamanı səhər 4:35-də PUA-da insident baş verib. Hazırda qəza yerində PUA-nın qalıqlarının axtarışları aparılır.
Qeyd edək ki, ABŞ sentyabrda Kunsan hərbi bazasında PUA-ların cəlb olunduğu kəşfiyyat bölməsi yaradıb. Kəşfiyyat tapşırıqlarını yerinə yetirməyə qadir olan “Reaper” aparatlarının uçuş məsafəsi təxminən 1850 kilometrdir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]