ABŞ administrasiyası Türkiyəyə F-16-ların satışını dəstəklədiklərini bir daha bəyan edib
İstanbul, 15 dekabr, AZƏRTAC
Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ administrasiyasının Türkiyəyə F-16 döyüş təyyarələrinin satışını dəstəklədiklərini bir daha bəyan edib.
AZƏRTAC xəbər verir ki, Kirbi Ağ Evdə keçirdiyi mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Co Bayden arasında baş tutan telefon danışığını dəyərləndirib.
İki lider arasındakı danışıqlar zamanı Qəzza zolağındakı son vəziyyət, eləcə də İsrail-Fələstin məsələsi və İsveçin NATO-ya üzvlük prosesinin müzakirə edildiyini xatırladan Kirbi ABŞ-ın Türkiyə üçün F-16 qırıcılarının modernləşdirilməsi proqramını dəstəkləməyə davam etdiyini deyib.
Türkiyə və ABŞ prezidentlərinin telefon danışığı barədə məlumat verən Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun iki lider arasında telefon danışığının bir saat davam etdiyini deyib.
Danışıqlarla bağlı təklif ABŞ tərəfindən gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [13:10]
Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?
- 07.10.2026 [13:01]
Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]
Fransada qadınlara çağırış edildi: Oktyabrın 13-də iş dayandırılır
- 07.10.2026 [12:00]