ABŞ ALİMLƏRİ MARSDA HƏYAT ƏLAMƏTLƏRİ AŞKAR ETMİŞLƏR
Tədqiqat qrupunun başçısı doktor Stiv Skuersin sözlərinə görə, Marsın rayonlarından biri olan Meridiani Plenam yüksək rütubətlilik, güclü turşuluq dərəcəsi və oksidləşmə əlamətləri ilə səciyyəvidir. Alimlərin fikrincə, bu şərait indiyədək bir neçə era ərzində mövcud olmuşdur.
Harvard Universitetindən olan alim, doktor Endryu Knoll bildirmişdir ki, Marsda əmələ gələn həyat Meridiani rayonunun şəraitinə uyğunlaşa bilərdi, lakin Yerdə həyatın yaranmasında mühüm pol oynamış bəzi kimyəvi reaksiyalar güman ki, orada baş verməmişdir.
Tədqiqatlar zamanı Marsın süxurunda qum və su əlamətləri də aşkar edilmişdir.