ABŞ BEYNƏLXALQ İNKİŞAF AGENTLİYİNİN LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ SEMİNAR KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 20-də Beynəlxalq Mətbuat Mərkəzində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyələşdirdiyi “Maliyyə sektorunun inkişafı vasitəsilə kiçik və orta sahibkarlığa dəstək” layihəsi çərçivəsində bankların və qeyri-bank kredit təşkilatlarının menecerləri üçün kreditlərə zəmanətə dair seminar keçirilmişdir.
ABŞ-ın ACDİ/VOCA təşkilatının həyata keçirdiyi layihədən məqsəd kiçik və orta sahibkarlığa kreditlərin verilməsini həvəsləndirməkdir.
Seminarda kiçik biznes və kənd yerlərində böyük həcmdə kreditlərin verilməsi, maliyyələşdirmənin yeni metodlarının və yaxud yeni mənbələrinin inkişaf etdirilməsi, habelə USAİD-in kredit proqramları barəsində məlumat verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:41]
ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb
- 16.10.2026 [14:37]
Heydər Əliyev Beynəlxalq Aeroportu payız-qış uçuş cədvəlinə keçir
- 16.10.2026 [14:20]