Azərbaycan Dövlət İnformasiya Agentliyi

ABŞ-da Azərbaycanın Zəfər Günü ilə bağlı ilk Bəyannamə qəbul edilib

Bakı, 10 noyabr, AZƏRTAC

ABŞ-ın Nyu-York şəhərinin Bruklin meriyasında (Brooklyn Borough Hall) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Komitənin dəstəyi, Amerika-Azərbaycan Qadınlar Assosiasiyasının və Nyu-York Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə keçirilən tədbirdə Bruklin inzibati rayonunun, diplomatik korpusun, yerli ictimaiyyətin, türk və yəhudi icmalarının nümayəndələri, ABŞ-ın müxtəlif ştatlarında fəaliyyət göstərən diaspor fəalları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Amerika-Azərbaycan Qadınlar Assosiasiyasının rəhbəri Münəvvər Vahabova qonaqları salamlayıb.

Sonra Azərbaycanın və ABŞ-ın Dövlət himnləri səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Buxara Yəhudiləri Konqresinin ABŞ və Kanada üzrə koordinatoru, “The Bukharian Times” həftəlik qəzetinin baş redaktoru Rafael Nektalov və Özbəkistan icmasının ABŞ-dakı məhəllə prezidenti Abdumalik Ahmedov möhtəşəm bayram münasibətilə dünya azərbaycanlılarını təbrik ediblər. Vətən müharibəsi dövründə birlik və həmrəylik nümayiş etdirən diaspor fəallarına minnətdarlıq ifadə olunub. Qeyd edilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu cəmi 44 gün ərzində bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirib. Dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail olub. Tarixin bütün dövrlərində sülh tərəfdarı olan Azərbaycanın hazırda Cənubi Qafqazda sabitliyin bərqərar olması üçün ciddi səylər göstərdiyi, Qarabağda işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində irimiqyaslı işlər həyata keçirdiyi nəzərə çatdırılıb.

Nyu-York şəhərinin Bruklin inzibati rayonunun prezidenti Antonio Reynoso Azərbaycan icmasını tarixi bayram münasibətilə təbrik edib. O bildirib ki, meqapolisdə yaşayan soydaşlarımız şəhərin sosial-iqtisadi və mədəni həyatında fəal rol oynayırlar. A.Reynoso Azərbaycanın Zəfər Günü ilə əlaqədar imzaladığı Bəyannaməni Diasporla İş üzrə Dövlət Komitəsinə, Amerika-Azərbaycan Qadınlar Assosiasiyasının rəhbəri Münəvvər Vahabovaya və Nyu-York Mədəniyyət Mərkəzinin rəhbəri Telman Cəlilə təqdim edib.

“Mən onları dünyadakı azərbaycanlılara birlik və həmrəylik təmin etmək zərurətini ön planda tutduqlarına görə alqışlayıram. Bruklində icmalarımızın daha da irəliləməsinə kömək etmək üçün həyata keçirdikləri bütün işlərə görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkür edirəm”, - deyə Bəyannamədə vurğulanıb.

Qeyd edək ki, bu, Azərbaycanın Zəfər Günü ilə bağlı ABŞ-da qəbul edilən ilk Bəyannamədir.

Azərbaycan icmasının bu mühüm tarixi günü heyrətamiz məkanda qeyd etmək xahişini qəbul etdiyinə görə Antonio Reynosoya təşəkkürünü bildirən Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova deyib ki, əlamətdar hadisələr münasibətilə soydaşlarımızın arasında olmaqdan, Azərbaycan hökumətinin və dünyanın hər yerində yaşayan azərbaycanlıların salamlarını tədbir iştirakçılarına çatdırmaqdan böyük qürur duyur.

Diqqətə çatdırılıb ki, xalqımız təkcə ölkəmizin ərazi bütövlüyünü deyil, həm də milli ləyaqətimizi, dövlətimiz beynəlxalq hüququn tələblərini təkbaşına icra etməklə, əslində, beynəlxalq miqyasda ədaləti bərpa edib. Gələcəkdə beynəlxalq ictimaiyyətin Azərbaycanın Zəfər Gününü qeyd edəcəyini və dünyanın yeni işğal siyasətinin qarşısının alınması günü kimi xatırlayacağını istisna etməyib.

“Sülhsevər və multikultural ənənələrə sadiq Azərbaycanın dünyaya Nizami Gəncəvi, Üzeyir Hacıbəyli, Lütfi Zadə kimi dahi mütəfəkkirlər, alimlər və bəstəkarlar bəxş etdiyi, ölkəmizin davamlı inkişaf yolunda olduğu, bir milyondan çox qaçqın və məcburi köçkünün öz doğma yurdlarına qayıtması üçün azad edilmiş torpaqlarda yeni “Ağıllı kəndlər”in salındığı, Qarabağın inkişafına, yenidən qurulmasına sərmayə qoymaq istəyən dünya şirkətlərinə lazımi şəraitin yaradılacağı, Azərbaycanın mühüm strateji tərəfdaşı olan ABŞ-ın Qarabağın dirçəldilməsi layihələrində iştirakının, xüsusilə ölümcül minaların təmizlənməsi üçün humanitar minatəmizləmə əməliyyatlarına dəstəyinin çox vacib olduğu vurğulanıb. “Dünyaya sülh, dostluq və inkişaf arzulayıram!”, - deyə Komitə rəsmisi bildirib.

Sonra Vətən müharibəsindən bəhs edən “Dəmir yumruq” adlı sənədli film göstərilib.

Bədii hissədə Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin rəhbəri, beynəlxalq müsabiqələr laureatı, Azərbaycanın Əməkdar artisti, tanınmış pianoçu Nərgiz Əliyarova, tarzən Telman Əliyev, saz ifaçısı Timur İsmayılov, müğənni Veronika Yakubova, Rizvan Əliyev və Röya Əliyeva dueti çıxış ediblər. Konsert proqramında Azərbaycan bəstəkarlarının əsərləri təqdim olunub, Gülşən Marşalın ifasında “Sarı gəlin” rəqsi nümayiş etdirilib.

Tədbir çərçivəsində "My way" (Mənim yolum) uşaq və gənclərin inkişaf mərkəzi şagirdlərinin ölkəmizə həsr etdikləri rəsm əsərlərindən ibarət sərgi təşkil olunub.

Tədbirdə Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev və Türkiyənin Nyu-Yorkdakı baş konsulu Reyhan Özgür də iştirak ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib