ABŞ-DA İRAQ HAQQINDA MƏLUMATLARIN ƏSASLILIĞI YENİDƏN YOXLANILACAQDIR
Demokrat deputatların lideri Harri Reydin tələbi ilə Senatda qəflətən bağlı qapılar arxasında xüsusi iclas keçirilmiş, mətbuat nümayəndələri salondan çıxarılmış, işıq söndürülmüşdür.
Üç saat yarım çəkmiş iclasda demokratlar respublikaçıları İraqda müharibə başlanmazdan əvvəl ABŞ xüsusi xidmət orqanlarında qarşıya çıxan bəzi məsələlərə göz yummaqda təqsirləndirmışlər.
Qapalı iclasda qəbul edilən qərara görə, kəşfiyyat üzrə Senat komitəsinin sədri, respublikaçı senator Pet Robertson ABŞ-ın müharibəqabağı kəşfiyyat məlumatlarının əsaslılığını təhqiq etmək üçün yeni mərhələyə başlayacaqdır. Bunun üçün Senatda üç demokrat və üç respublikaçı senatordan ibarət müstəqil komissiya yaradılacaqdır. Onlar kəşfiyyat üzrə Senat komitəsinin işini yoxlayacaq və noyabrın 14-də Senata müvafiq hesabat verəcəklər.
Harri Rey iclasdan sonra jurnalistlərə demişdir: “Biz müharibə vəziyyətindəyik. 2025 ABŞ əsgəri həlak olmuşdur, müharibə bizə həftədə 2 milyard dollardan çox məbləğə başa gəlir. Zənnimcə, ABŞ xalqı bizim bu vəziyyətə necə düşdüyümüzün səbəbini bilməlidir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:09]
Tramp və Zelenski Parisdə görüşüblər
- 16.06.2026 [15:04]
Türkiyədə ilk dəfə 8 istiqamətli çarpaz qaraciyər əməliyyatı icra olunub
- 16.06.2026 [14:51]
Vyetnam 2030-cu ilə qədər yeddi yeni hava limanı inşa edəcək
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]