ABŞ-da keçirilən seçkilər zamanı sosial məsafə ilə əlaqədar qaydalar nəzərə alınıb VİDEO
Vaşinqton, 3 noyabr, AZƏRTAC
ABŞ-da federal seçki komissiyasının komissarı Ellen Vayntraub seçiciləri koronavirus pandemiyası ilə əlaqədar ehtiyatlı olmağa və səsvermə zamanı təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb. “Ehtiyatlı olun. Maska taxın”, - deyə o bildirib.
Yerli vaxtla 19.00-da bağlanacaq seçki məntəqələrinə milyonlarla insanın getdiyi gözlənilir.
Seçkilər zamanı sosial məsafə ilə əlaqədar qaydalar nəzərə alınsa da, seçicilər maksimum dərəcədə ehtiyatlı olmağa çağırılır.
Qeyd edək ki, pandemiya dövründə səsvermənin təhlükəsizliyinin təmin edilməsində ştatlara kömək məqsədilə təqribən 100 milyon nəfər seçici artıq noyabrın 3-dək növbədənkənar səsvermədə iştirak ediblər.
AZƏRTAC-ın Vaşinqton bürosu