ABŞ-da koronavirusa yoluxanların sayı 6 milyonu ötüb
Bakı, 31 avqust, AZƏRTAC
ABŞ-da yeni növ koronavirusa yoluxanların sayı bazar ertəsi 6 002 615-ə çatıb. Bunu Cons Hopkins Universitetinin hesablaması təsdiq edir.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, universitetin məlumatına görə, ABŞ-da xəstəlikdən 183 min 203 nəfər ölüb, 2 milyon 153 min 939 nəfər sağalıb.
Ən çox yoluxma halı (706 min 731) Kaliforniyada qeydə alınıb. Ondan sonra Texas (629 min 680), Florida (623 min 471) və Nyu-York (434 min 100) gəlir.
Cons Hopkins Universitetinin məlumatında koronavirus pandemiyası başlanandan bəri dünyada 25,2 milyondan çox insanın xəstəliyə yoluxduğu, 546 mindən çox insanın öldüyü bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [14:44]
Peskov: Putinin G20 sammitində iştirakı ilə bağlı qərar hələ verilməyib
- 24.09.2026 [14:20]
“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ
- 24.09.2026 [14:13]
Kreml: Paşinyanın Moskvaya səfərinin tarixi hələ razılaşdırılmayıb
- 24.09.2026 [14:09]
Ukrayna Prezidenti Nyu-Yorkda NATO-nun Baş katibi ilə görüşüb
- 24.09.2026 [13:48]
Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək
- 24.09.2026 [13:20]
Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]