ABŞ-da təyyarə qəzası nəticəsində bir neçə nəfər ölüb
Bakı, 5 mart, AZƏRTAC
ABŞ-ın Tennessi ştatının cənubundakı Neşvill şəhərində birmotorlu təyyarənin qəzaya uğraması nəticəsində bir neçə nəfər həlak olub.
AZƏRTAC ABC news telekanalına istinadla xəbər verir ki, pilot qəzadan öncə təyyarənin mühərrikində nasazlıq yarandığını bildirib. Daha sonra təcili eniş etməyə çalışarkən təyyarə yerə çırpılıb.
Neşvill Yanğınsöndürmə Departamentinin məlumatına görə, təyyarə zərbədən partlayıb və qəzadan heç kim sağ qurtara bilməyib. Federal Aviasiya Administrasiyası və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası hadisə ilə bağlı təhqiqata başlayıb.
Hazırda təyyarədə olanların şəxsiyyətinin və sayının müəyyənləşdirilməsi ilə bağlı işlər aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]
Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb
- 13.10.2026 [18:37]
ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib
- 13.10.2026 [18:04]
Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir
- 13.10.2026 [17:37]
Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA
- 13.10.2026 [17:14]