ABŞ-DA “TÜRK MƏDƏNİYYƏTİ VƏ UŞAQLAR” FESTİVALI KEÇİRİLƏCƏKDİR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, sentyabrın 8-9-da ABŞ-da “Türk mədəniyyəti və uşaqlar” festivalı keçiriləcəkdir.
Hyuston bələdiyyəsinin Herman parkındakı binası önündə təşkil olunacaq tədbirdən məqsəd türk xalqlarının mədəniyyətlərini təbliğ etmək, amerikalıların bu mədəniyyətlərin özəllikləri ilə yaxından tanış olmalarına imkan yaratmaqdır.
Festivalda Türkiyə, Azərbaycan, Bosniya və Herseqovina, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan təmsil olunacaqdır.
Tədbirdə Azərbaycanı Bakı-Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyası təmsil edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]