ABŞ-dan Özbəkistana humanitar yardım kimi 3 milyon “Moderna” vaksini gətirilib
Daşkənd, 30 iyul AZƏRTAC
Bu gün səhər saatlarında Amerika Birləşmiş Ştatlarından Özbəkistana COVAX proqramı çərçivəsində humanitar yardım kimi 3 milyon “Moderna” vaksini gətirilib.
AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, humanitar yardımın təhvil verilməsi mərasimində Özbəkistan və ABŞ-ın, bir sıra beynəlxalq təşkilatın nümayəndələri iştirak edib.
Bildirilir ki, hazırda Özbəkistanın 12 milyon 580 min vaksin ehtiyatı var. Bunun 710 mini “AstraZeneca”, 370 mini “Sputnik V”, 8,5 milyonu isə Özbəkistan-Çin istehsalı olan “ZF-UZ-VAC2001” peyvəndləridir.
İndiyədək Özbəkistanda 6 milyon 982 min 431 doza vaksin istifadə edilib, 1 milyon 149 min 687 nəfər tam vaksinasiyadan keçib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd