ABŞ DÖVLƏT DEPARTAMENTİ VENESUELA PREZİDENTİNİN ÇIXIŞINDAN MƏYUSDUR
AZƏRTAC İTAR-TASS-a istinadla xəbər verir ki, Venesuela Prezidenti sentyabrın 20-də BMT Baş Məclisinin 61-ci sessiyasında ümumsiyasi diskussiya zamanı çıxışında Birləşmiş Ştatları “bütün dünyada insanları istismar etməkdə, çapıb-talamaqda və onlara hökmranlıq etməkdə” təqsirləndirmişdir. Bununla əlaqədar Huqo Çaves ABŞ xalqını və bütün dünyanın insanlarını bu təhlükədən xilas olmağa çağırmışdır.
Bu bir yana, Çaves Buşu “iblis” adlandırmışdır. Onun dediyi kimi, “o, buraya bizimlə guya bütün dünyanın ağası kimi danışmağa gəlmişdir”.
ABŞ Dövlət Departamentinin nümayəndəsi buna cavab olaraq bildirmişdir ki, “Venesuela xalqı Çavesin onların rəyini nə dərəcədə ifadə etdiyini özü müəyyənləşdirməlidir”.
Xatırladaq ki, Çavesin 1999-cu ildə prezident vəzifəsinə başladığı vaxtdan Karakasla Vaşinqton arasında münasibətlər xeyli pisləşmişdir. ABŞ Çavesi “totalitar rejim” yaratmaq cəhdlərinə görə tənqid edir, Venesuela isə Vaşinqtonu onun daxili işlərinə qarışmaqda təqsirləndirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:12]
İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib
- 16.10.2026 [15:12]