ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib
Bakı, 25 aprel, AZƏRTAC
ABŞ-ın Dövlət katibi Antoni Blinken Çinə səfəri çərçivəsində paytaxt Pekinə gəlib.
AZƏRTAC CGTN telekanalına istinadla xəbər verir ki, Amerika diplomatiyasının rəhbəri aprelin 26-dək ÇXR-də olacaq.
Antoni Blinken Çinə işgüzar səfərini aprelin 24-də Şanxaydan başlayıb. Bu, onun Birləşmiş Ştatların Dövlət katibi vəzifəsində ÇXR-ə ikinci səfəridir. Danışıqlarda Blinken “ikitərəfli, regional və qlobal problemləri”, o cümlədən Ukrayna və Yaxın Şərq münaqişələrini müzakirə etməyi planlaşdırır.
Mediada ABŞ Dövlət katibinin Pekində Çin Sədri Si Cinpinlə də görüşə biləcəyi barədə xəbərlər yayılıb. Lakin tərəflər bununla bağlı rəsmi məlumat verməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altı aylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]