ABŞ dövlət katibinin müavini nüvə silahına malik olan ölkələri sınaqlardan çəkinməyə çağırıb
Bakı, 23 sentyabr, AZƏRTAC
Birləşmiş Ştatlar nüvə sınaqlarına moratorium qoyur və digər dövlətləri də bunu elan etməyə çağırır.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Bonni Cenkins BMT Təhlükəsizlik Şurası çərçivəsində Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsinin (CTBT) qüvvəyə minməsi ilə bağlı keçirilən konfransda deyib.
"CTBT-nin məqsədlərinə uyğun olaraq, Birləşmiş Ştatlar nüvə sınaqlarına moratoriumunu saxlamağa davam edir və bütün nüvə silahı olan ölkələri dərhal oxşar moratorium elan etməyə çağırır" - deyə o bildirib.
Cenkins, həmçinin nüvə sınaqlarına nəzarət imkanlarının azalması təhlükəsinə də diqqət çəkib və bunun üçün nəzərdə tutulan sistemlərin yenilənməsinə səsləyib: "Beynəlxalq monitorinq sisteminin bir hissəsi olan bir çox texnologiya və avadanlıq öz ömrünü başa vurur. İstifadə olunan avadanlığın bir çox istehsalçısı artıq onu istehsal etmir. Bütün bunlar sistemin yenilənməsi zamanı əhəmiyyətli xərclərə səbəb olur".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]
Qırğızıstan BMT-nin Kağızsız Ticarət Şurasına yenidən sədr seçilib
- 09.06.2026 [14:51]
İndoneziyada Levotobi vulkanı yenidən püskürüb: hava limanı bağlanıb
- 09.06.2026 [14:47]