ABŞ GÜRCÜSTAN HƏRBÇİLƏRİNİN HAZIRLANMASINA YARDIM EDƏCƏK
Memorandumu Gürcüstanda səfərdə olan ABŞ-ın Avropadakı silahlı qüvvələrinin komandanlığı rəhbərinin müavini, general Uilyam Uord və Gürcüstan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, polkovnik Levan Nikoleişvili imzalamışlar.
Nikoleişvili demişdir: “Memorandum gürcü hərbçilərinin hazırlanmasının 2-ci mərhələsinin başlanmasına şərait yaradacaqdır. Təlimlərin keçirilməsinə 40 milyon dollar ayrılmışdır. Təchizat məsələsini Gürcüstan boynuna götürmüşdür. Əvvəlki proqramda isə həm təlim, həm də təchizatla bağlı xərcləri ABŞ ayırmışdı. İndi isə imkanımız olduğuna görə təchizat məsələsini özümüz həll edəcəyik”.
Uord qeyd etmişdir ki, yeni sənəd Gürcüstan-ABŞ hərbi əməkdaşlığını daha da dərinləşdirəcəkdir.
Yeni yardım proqramı bir il üçün nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:12]
İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib
- 16.10.2026 [15:12]