ABŞ Hərbi Hava Qüvvələri Somalinin cənubunda 13 silahlını məhv edib
Bakı, 28 avqust, AZƏRTAC
ABŞ Afrika Komandanlığı (AFRICOM) Somali hökumətinin müraciətinə əsasən, ölkənin cənubunda “Aş-Şabab” terror qruplaşmasının yerləşdiyi ərazilərə hava zərbəsi endirib.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, əməliyyat nəticəsində 13 silahlı məhv edilib. Komandanlığın məlumatına görə, zərbə avqustun 26-da Kismayo şəhərindən 45 kilometr şimal-qərbdə, Somali qüvvələrinə dəstək məqsədilə həyata keçirilib.
Qeyd edək ki, “Aş-Şabab” qruplaşması 2004-cü ildə Somalidə yaranıb. Onun 10 minə qədər silahlısı var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]
Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb
- 29.09.2026 [17:05]