ABŞ-IN BMT-DƏKİ SƏFİRİ VENESUELA PREZİDENTİNİ LATIN AMERİKASINDA SABİTLİYİ POZMAQDA TƏQSİRLƏNDİRMİŞDİR
Bolton demişdir: “Kastrodan fərqli olaraq, onun ölkəsi neftdən böyük məbləğdə gəlir əldə edir. O, Latın Amerikasında demokratiyanın zəiflədilməsi istiqamətində artıq bir neçə addım atmışdır”.
Xatırladaq ki, Prezident Çaves ötən həftə BMT Baş Məclisində Prezident Corc Buşu kəskin tənqid etmiş, ABŞ-ın xarici siyasətini dünyada hegemonluğa nail olmağa yönəldilmiş imperialist siyasət kimi səciyyələndirmişdir.