ABŞ-IN FLETÇER MƏKTƏBİ AZƏRBAYCAN İLƏ ƏMƏKDAŞLIĞA BÖYÜK MARAQ GÖSTƏRİR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Endrü Hess Fletçer məktəbinin fəaliyyəti və təhsil sistemi barədə nazir Elmar Məmmədyarova ətraflı məlumat verərək, təmsil etdiyi təhsil ocağının Azərbaycanla fəal əməkdaşlıq etməsində maraqlı olduğunu bildirmişdir.
Nazir E.Məmmədyarov Fletçer Hüquq və Diplomatiya Məktəbinin yüksək beynəlxalq standartlara cavab verən təhsil ocağı olduğunu qeyd edərək, Azərbaycanın gənc diplomatlarının orada təcrübə keçmələrinin çox faydalı ola biləcəyini qeyd etmişdir. Fletçer məktəbi ilə əməkdaşlığın böyük perspektivlərə malik olduğunu vurğulayan nazir, Azərbaycanın müxtəlif dövlət qurumlarının gənc mütəxəssisləri üçün FHDM-da hərbi-siyasi, təhlükəsizlik, iqtisadi və digər sahələrdə təhsil imkanları yaradılmasının əhəmiyyətini diqqətə çatdırmışdır.
Görüşdə Endrü Hess, həmçinin Azərbaycanda keçirdiyi görüşlərin əhəmiyyətini qeyd etmiş və qəbula görə nazirə təşəkkürünü bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:24]
Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO
- 02.10.2026 [19:15]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB
- 02.10.2026 [17:30]
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO
- 02.10.2026 [17:21]
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
- 02.10.2026 [16:41]