ABŞ-IN SABİQ ƏDLİYYƏ NAZİRİ KEÇMİŞ İRAQ PREZİDENTİNİ MÜDAFİƏ XƏTTİ HAZIRLAMIŞDIR
77 yaşlı amerikalı hüquqşünasın strateji planının birinci bəndi xüsusi cinayət məhkəməsinin – İraq Ali Cinayət Tribunalının hüquqi müddəasına aiddir. Klark İraqın işğalından sonra ABŞ tərəfindən təyin edilmiş İraqın mülki inzibatçısı Pol Bremerin Səddam Hüseyn və onun yaxın silahdaşları üzərində məhkəmə üçün yaratdığı tribunalın hərəkətlərinin, deməli, həm də məhkəmə prosesinin özünün qanunsuz olduğunu sübuta yetirmək niyyətindədir.
Müdafiə xəttinin ikinci bəndi Ali Cinayət Tribunalının məhkəmə kollegiyasının tərkibinə daxil olan müvəkkil hakimlərin qərəzkarlığı barədə müddəadan ibarətdir.
Üçüncü bənd sabiq İraq Prezidentinin öz statusuna görə malik olduğu xüsusi immunitetdən məhrum edilməsi ilə əlaqədar hakimiyyət orqanlarının hərəkətlərinin qanunsuzluğu barədədir.
Bununla əlaqədar belə hallarda beynəlxalq ümumi hüquq normalarına əsasən, cinayətlər törətməkdə şübhəli bilinən hər hansı şəxs işgəncələrə və pis rəftara məruz qalmamaq üçün təminat hüququna malikdir.
Nəhayət, Klarkın razı olmadığı və məhkəmədə etirazını bildirəcəyi dördüncü məsələ Səddam Hüseynə qarşı ittihamın bəndləri ilə bağlı problemlərə aiddir.
Amerikalı hüquqşünasın fikrincə, İraqın indiki iqtidarı Səddam Hüseynin təqsirləndirildiyi ittihamların vahid siyahısını indiyədək hazırlamayıbdır. Sabiq İraq Prezidentini və onun yeddi silahdaşını bunda təqsirləndirirlər ki, onlar 1982-ci ildə Əd-Düceyl kəndində kütləvi edamlar haqqında əmrlər vermişlər.