ABŞ-ın sutkalıq neft hasilatı 11,44 milyon barelə düşüb
Bakı, 22 aprel, AZƏRTAC
Birləşmiş Ştatların gündəlik xam neft istehsalı azalır.
AZƏRTAC ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına istinadla xəbər verir ki, ötən hesabat həftəsində Birləşmiş Ştatların neft istehsalı 11 min barel azalaraq sutkada orta hesabla 11,44 milyon barel səviyyəsində olub.
Keçən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 448 min barel azalaraq sutkalıq 5,5 milyon barel, neft ixracı da əvvəlki həftə ilə müqayisədə 31 min barel geriləyərək gündəlik 2,54 milyon barel təşkil edib.
EIA-nın proqnozuna görə, cari ildə Birləşmiş Ştatların neft hasilatının gündəlik 11 milyon barel, gələn il isə 11,9 milyon barel olacağı gözlənilir. 2020-ci ildə hasilat 11,3 milyon barel olub.
Xatırladaq ki, ötən il fevralın 22-28-ni əhatə edən həftədə ABŞ-ın neft hasilatı sutkada orta hesabla 13,1 milyon barelə çataraq rekord səviyyəyə yüksəlmişdi.
ABŞ 2018-ci ilin noyabrında Səudiyyə Ərəbistanı və Rusiyanı geridə qoyaraq dünyanın ən böyük neft istehsalçısı olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [14:44]
Peskov: Putinin G20 sammitində iştirakı ilə bağlı qərar hələ verilməyib
- 24.09.2026 [14:20]
“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ
- 24.09.2026 [14:13]
Kreml: Paşinyanın Moskvaya səfərinin tarixi hələ razılaşdırılmayıb
- 24.09.2026 [14:09]
Ukrayna Prezidenti Nyu-Yorkda NATO-nun Baş katibi ilə görüşüb
- 24.09.2026 [13:48]
Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək
- 24.09.2026 [13:20]
Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]