ABŞ-ın ticarət kəsiri ciddi şəkildə artıb
Bakı, 9 fevral, AZƏRTAC
2024-cü ildə ABŞ-ın ticarət kəsiri 920 milyard dollara çatıb. Bu da illik əsasda 17 faiz artım deməkdir.
AZƏRTAC xəbər verir ki, Ticarət Departamentinin statistikası dekabrda xarici ticarət üzrə mənfi saldo daha da dərinləşdiyini göstərir. Buna səbəb neft məhsullarının satışının azalması və aviasiya sənayesində 2 ayadək davam edən tətildir.
Ölkənin ən böyük ticarət partnyoru yenə də Çin olaraq qalır. Bu ölkə ilə ticarətin illik həcmi 8 faiz artaraq 300 milyard dollara çatıb. Digər 2 əsas partnyor isə Avropa İttifaqı və Meksikadır.
Ekspertlərin qənaətinə görə, Tramp əlavə rüsumlar tətbiq etməklə mənfi saldonu azaltmağı planlaşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:37]
Çexiyada işsizlik 4,4 faizə yüksəlib
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]