ABŞ-ın ticarət naziri: “TikTok” sosial şəbəkəsi milli təhlükəsizliyə təhdid yaradır
Bakı, 5 oktyabr, AZƏRTAC
“TikTok” kimi mobil proqramların yaratdığı milli təhlükəsizlik təhdidlərinə qarşı hüquqi alətlər yaratmaq lazımdır.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ-ın ticarət naziri Gina Raimondo Senatda keçirilən dinləmələrdə deyib.
Qeyd edib ki, Çin sosial şəbəkəsi ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaradır. “Mənə tez-tez “TikTok”a qadağa qoymaqla bağlı sual ünvanlayırlar. Amma problem daha böyükdür və təkcə “TikTok”a aid deyil. Bizə hərtərəfli yeniləmə planına ehtiyacımız var. Bu gün təhdidlər 10 il əvvəlkindən fərqlidir. Ona görə də düzgün iş qanunlarla dəstəklənən alətlər dəsti yaratmaq və təhlükə yaradan bu bir-biri ilə əlaqəli tətbiqlərə hərtərəfli yanaşma hazırlamaqdır", - deyə nazir bildirib.
ABŞ kəşfiyyat orqanlarının məlumatına görə, Çin “TikTok” vasitəsilə amerikalı istifadəçilərin şəxsi məlumatlarını əldə etmək imkanına malikdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:08]
Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO
- 02.10.2026 [14:43]