ABŞ-IN TÜRKİYƏDƏKİ SƏFİRİ ROSS UİLSON: NATO AVRATLANTİK MƏKANINDA TƏHLÜKƏSİZLİYİN ƏSAS TƏMİNATÇISIDIR
Səfir Birləşmiş Ştatların Qara dəniz regionunda fəal əməkdaşlığa tərəfdar olduğunu və təhlükəsizliyin möhkəmləndirilməsinə hərtərəfli yardım göstərəcəyini vurğulayaraq demişdir ki, ABŞ-ın bu regionla bağlı siyasəti Berlin divarı söküldükdən sonra yürütdüyü Avropa siyasətinə bənzəyir. O, hazırda Rumıniya və Bolqarıstanın regionun demokratik dövlətləri Türkiyə və Yunanıstanın yolu ilə sürətlə irəlilədiklərini bildirmişdir. Lakin bu ölkələrdə yaxın keçmişin mirası olan korrupsiya, etimadsızlıq halları hələ də qalır.
Xəzər və Qara dəniz regionlarının dünyanın ən böyük yeni neft və qaz ehtiyatlarına sahib olduqlarını bildirən Ross Uilson, Türkiyə boğazlarının tranzit yol əhəmiyyəti daşıdığını, ABŞ-ın təhlükəsizlik sahəsində Ankara ilə daha sıx əməkdaşlıq etmək istədiyini söyləmişdir.