ABŞ İranın Azərbaycana dron hücumunu qətiyyətlə pisləyib
Vaşinqton, 7 mart, AZƏRTAC
Amerika Birləşmiş Ştatları 5 mart tarixində İran rejiminin Azərbaycan Respublikasına qarşı Naxçıvan Beynəlxalq Hava Limanını və uşaq məktəbini hədəf alan, günahsız mülki şəxslərin xəsarət almasına və vacib mülki infrastruktura ziyan vurmasına səbəb olan səbəbsiz pilotsuz təyyarə hücumunu qətiyyətlə pisləyir.
AZƏRTAC-ın məlumatına görə, bu barədə Dövlət Departamentinin bəyanatında deyilir. Bildirilir ki, bu hücumlar Azərbaycanın suverenliyinin kobud şəkildə pozulması və İranın təcavüzünün lazımsız şəkildə artırılmasının nəticəsidir.
“Amerika Birləşmiş Ştatları bu təhdidlərə qarşı Azərbaycanla tam həmrəydir. Bölgədəki tərəfdaşlarımızın ərazisinə edilən hücumlar qəbuledilməzdir və ABŞ-nin həmin tərəfdaşlara qətiyyətli dəstəyi ilə qarşılanacaq”, - deyə bəyanatda vurğulanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]