ABŞ İRANLI JURNALİSTLƏRƏ VİZA VERMƏDİ
Jurnalistlər İran Prezidenti Mahmud Əhmədinejadı Nyu-Yorka səfəri zamanı müşayiət etmək niyyətində idilər.
ABŞ Dövlət Departamentinin nümayəndəsi Tom Keysi bununla əlaqədar bildirmişdir ki, vizaların verilməməsinə iranlıların onlara gec müraciət etməsi səbəb olmuşdur. O demişdir: “Belə düşünmək əsla düz deyil ki, biz iranlılara viza verməkdən imtina etdik. İran vətəndaşlarına viza verilməsini çətinləşdirən odur ki, ABŞ-ın bu ölkə ilə diplomatik münasibətləri yoxdur”.
Keysinin bu bəyanatı İran jurnalistlərinə viza verilməməsi ilə əlaqədar Tehranın etirazına cavab idi. Sentyabrın 19-da İran XİN-in nümayəndəsi Məhəmməd Əli Hüseyni bu etirazı açıqlayaraq demişdir ki, ABŞ sərbəst informasiya axınını kəsərək, Birləşmiş Millətlər Təşkilatını zəiflədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:12]
İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib
- 16.10.2026 [15:12]