ABŞ İsraildən 3 ədəd “Dəmir günbəz” hava hücumundan müdafiə sistemi alacaq
Bakı, 27 avqust, AZƏRTAC
ABŞ İsrail istehsalı olan 3 ədəd “Dəmir günbəz” hava hücumundan müdafiə sistemi batareyası almağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat ABŞ hökumətinin Tender İdarəetmə Sisteminin ( SAM ) internet saytında dərc olunub. Açıqlamada Dəniz Piyadaları Korpusunun “Dəmir günbəz” hava hücumundan müdafiə sistemi batareyasının alınmasının təfərrüatları paylaşılıb.
Dəniz Piyadaları Korpusu 2022-ci ilin iyul və oktyabr aylarında “Dəmir günbəz” hava hücumundan müdafiə sistemlərini sınaqdan keçirmişdi.
ABŞ Quru Qoşunları Komandanlığı 2019-cu ilin fevralında İsraildən məhdud sayda “Dəmir günbəz” hava hücumundan müdafiə sistemləri alacağını açıqlamışdı.
İsrailin “Rafael” şirkəti tərəfindən istehsal edilən və 2011-ci ildən İsrail ordusunun inventarında olan “Dəmir günbəz” sistemi qısa mənzilli raketlərə qarşı istifadə edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]
Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb
- 29.09.2026 [17:05]