DÜNYA
ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya 300 milyon dollarlıq yardım layihəsini təsdiqləyib

Bakı, 29 sentyabr, AZƏRTAC
ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya 300 milyon dollar məbləğində yeni yardımı böyük səs çoxluğu ilə təsdiqləyib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, vəsait əvvəlcə Müdafiə Departamentinin 2024-cü maliyyə ili üçün maliyyələşdirmə qanunvericiliyinə daxil edilib və bu, bəzi respublikaçıların etirazına səbəb olub.
Bundan əvvəl Nümayəndələr Palatasında Respublikaçılar Partiyasının liderləri Ukraynaya həmin məbləğdə yardımı Pentaqonun maliyyələşdirmə qanun layihəsindən çıxarıblar.
Nümayəndələr Palatasında Ukraynaya dəstək qızğın müzakirə olunur, bəzi qanunvericilər Kiyevə yardımı azaltmağa çalışır, digərləri isə ABŞ-ın müttəfiqini dəstəkləməli olduğunu deyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.12.2023 [19:20]
Bu gün Gürcüstanda 8 minədək HİV-ə yoluxmuş insan yaşayır
- 01.12.2023 [18:06]
Fransada məmurlara messencerlərdən istifadə qadağan edilib
- 01.12.2023 [17:50]
Ərdoğan: Türkiyə bütün böhranlarda sülhün yanında olub
- 01.12.2023 [17:41]
Gürcüstan Müsəlmanları İdarəsinə yeni şeyx seçilib
- 01.12.2023 [17:19]
Kreml: ABŞ-ın hegemonluğuna söykənən dünya düzəni sona yetir
- 01.12.2023 [17:12]