ABŞ məhkəməsi Co Baydenin oğlunu təqsirli bilib
Vaşinqton, 12 iyun, AZƏRTAC
ABŞ-ın Delaver ştat məhkəməsində hakimlər kollegiyası ABŞ prezidenti Co Baydenin oğlu Hanter Baydeni silah alışı məsələsində təqsirli bilib.
AZƏRTAC-ın məlumatına görə, 54 yaşlı şəxs 2018-ci ildə odlu silah alarkən narkotik maddə qəbul etməməsi ilə bağlı yalan danışmaqda təqsirləndirilir. Bayden ittham aktının hər 3 maddəsi üzrə təqsirli bilinib. Hakim hökmü elan etdikdən sonra yekun qərarın 120 gün ərzində verilə biləcəyini deyib, lakin konkret tarix açıqlanmayıb.
Bildirilir ki, Hanter Baydeni 25 ilə kimi azadlıqdan məhrumedilmə cəzası və 750 min dollar cərimə gözləyir. Daha əvvəl ABŞ prezidenti Co Bayden oğlu təqsirli bilindiyi halda onu əfv etməyəcəyini açıqlayıb.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]